“Skripal işi”: diplomatların qovulması davam edir
Tarix: 02.04.2018 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Lavrov: “Fakt olmadıqda acıqlarını diplomatlardan çıxırlar”

"Rusiya Sergey Skripal və qızının Böyük Britaniyada zəhərlənməsi işinin açılmasında hər kəsdən daha çox maraqlıdır. Rusiyanın Sergey Skripalın zəhərlənməsi üçün motivi ola bilməzdi. Rusiya bu şəxsi bir neçə il əvvəl əfv edib və o, azadlığa buraxılıb. Ona qarşı hansısa iddia olsaydı, azad edilməzdi". "RİA Novosti"nin məlumatınjagörə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Rusiyanın Skripalın zəhərlənməsi ilə bir heç bir əlaqəsi yoxdur. Lavrov “Skripal işi” ilə bağlı Rusiya diplomatlarının xaric olunmasının qondarma bəhanələrlə baş verdiyini deyib: “Fakt olmadıqda acıqlarını diplomatlardan çıxırlar. Halbuki diplomatların işi məhz əlaqələri dəstəkləmək, çətin vəziyyətləri həll etmək, çətinliyin aradan qaldırılması üçün yollar tapmaqdır. Diplomatları göndərməklə bu cür imkanların qarşısını alırlar”. Qeyd edək ki, martın 4-də Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya Böyük Britaniyanın Slosberi şəhərinin mərkəzində huşsuz vəziyyətdə tapılıb. Britaniya hökuməti hər iki şəxsin kimyəvi maddə ilə zəhərləndiyini bildirib. Cavab tədbiri olaraq rəsmi London 23 rusiyalı diplomatı ölkədən çıxarıb. Britaniyanın bu qərarına dəstək olaraq Aİ-nin 16 ölkəsi, ABŞ, Kanada, Norveç, Avstraliya, Moldova, Albaniya, Makedoniya və Ukrayna da eyni addımı atıb. Ümumilikdə 150 rusiyalı diplomat bu ölkələrdən qovulub. Rusiya da buna cavab olaraq analoji addımlar atıb. Dünən Avstraliyada çalışan iki rusiyalı diplomat bu ölkəni tərk edib. Bu barədə məlumatı Avstraliyanın xarici işlər naziri Culi Bişop təsdiq edib. “Rusiya səfirliyinin Avstraliyanı tərk etmək üçün yeddi gün vaxt verilmiş əməkdaşları artıq ölkəni tərk ediblər” - deyə nazir mətbuat üçün açıqlamasında bildirib.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info