Şərqi Quta Əsədin nəzarətinə keçir
Tarix: 03.04.2018 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Suriya hökumət qüvvələri 2013-cü ildən mühasirədə saxlanılan Şərqi Qutan bölgəsini tam nəzarət altına alır. Suriyada hökumət yönümlü "Al-Vatan" qəzeti Rusiya hərbçiləri və müxaliflər arasında aparılan danışıqlar nəticəsində Şərqi Qutadakı Duma şəhərinin evakuasiya planı ilə bağlı razılıq əldə edildiyi barədə məlumat yayıb. Razılaşmaya əsasən, mülki şəxslər və müxalif döyüşçülər mühasirədə olan Duma şəhərindən maneəsiz çıxa bilər. Ancaq müxaliflər ağır silahları şəhərdə qoymalıdırlar. Müxaliflərə Suriyanın şimalına, hazırda müxalif Azad Suriya Ordusunun nəzarətində olan ərazilərə getməyə icazə verilib. Beləliklə, Duma şəhərindən sonra Şərqi Quta regionu tamamilə Suriya ordusunun nəzarəti altına keçəcək. Şərqi Quta Dəməşqə yaxın region olduğu üçün strateji və simvolik əhəmiyyətə malik olub. Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr bu il fevralın ortalarından başlayaraq Rusiya hərbi aviasiyasının dəstəyi ilə Şərqi Quta bölgəsinə hücuma başlayıb.




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Ankarada birinci Türk Dünyası Qurultayı təşkil olunub
23.03.2019
“Ərdoğan Trampa meydan oxuyur”
23.03.2019
ABŞ İranın daha 31 şəxs və şirkətini sanksiya siyahısına saldı
23.03.2019
Meksika senatında Novruz bayramı təntənəsi
22.03.2019
ABŞ İrana qarşı sanksiyaları genişləndirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info