“Söyüş taktikası” müxalifətin sıralarını seyrəldir
Tarix: 03.04.2018 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


“Milli şura” və Müsavat partiyasının keçirdiyi növbəti mitinq əvvəlkilər kimi fiaskoya uğradı. Martın 31-də təşkil edilən aksiyada müxalifətin radikal qolu olan “milli şura” və Müsavata dəstəyin çox olacağını deyən Əli Kərimli və digər mitinq təşkilatçıları, əslində, reallığın fərqli olduğunu bir daha gördülər. Mitinq əvvəlkilərdən heç nəyi ilə fərqlənmədi. Yenə “Məhsul” stadionu mitinq iştirakçıları ilə dolmadı, yenə aksiyaya gələnlərin əksəri “fotosessiya” üçün gəlmişdi, yenə bayağı, anormal şüarlar səsləndirilir və Cəmil Həsənli belə, çıxış edəndə əksər adamlar onu dinləmirdilər.
Ümumiyyətlə, sirr deyil ki, “Məhsul” stadionu müxalifət üçün məhsuldar olmur. “Məhsul” stadionu yalnız müxalifətin xaricə “məhsullar”-“siyasi mühacirlər” ixrac eləməsi ilə əlamətdar olur. Hər mitinqdən sonra burada foto çəkdirən müxalif gənclərin əksərinin bir-iki ay sonra səs-sorağı ya Almaniya, Fransa, ya da digər Avropa ölkələrindən gəlir. Siyasi sığınacaq adı ilə Avropa və dünyanın müxtəlif ölkələrinə üz tutan bu insanların bəziləri isə sonradan özlərini əlçatmaz məkanda hiss edərək öz ölkələrini, dövlətlərini söyməyə başlayırlar. Görünən, odur ki, müxalifət artıq taktikanı dəyişib, mədəni siyasi mübarizədən küçə stilində olan mübarizəyə keçib.
Mitinqdən əvvəl də ən çox çağırışlar edən məhz xaricdə formalaşan bu “söyüş mafiyası”nın üzvləri idi. Xalq da artıq bu insanların əməllərini xuliqanlıq, səviyyəsizlik, mədəniyyətsizlik kimi dəyərləndirir. Müxalifət rəhbərləri isə düşünürlər ki, nə qədər radikal addımlar atılsa, söyüş siyasəti kəskinləşsə, aksiyalara da o qədər çox adam gələr, onların xaricə səpələnmiş tör-töküntüləri gənclərin gözündə qəhrəman kimi görünər. Əslində isə nəticə fərqli olur. Elə təşkil olunan son mitinq də buna bariz nümunə oldu. Gözləyirdilər ki, təhqir, söyüşlə xalqın gözündə yüksələcəklər, insanların diqqətini çəkə biləcəklər, amma bu taktika özünü doğrultmadı.
Əli Kərimli mitinqdən öncə verdiyi videomüsahibədə deyirdi ki, xalq mitinqdə onlara daha çox dəstək verəcək. Bu “siyasətçi” ortada olan real nəticələri, nədənsə, görmür. Əgər xalq sizə dəstək verəcəkdisə, niyə balaca bir stadionu doldura bilmirsiniz? Ötən əsrin 90-cı illərinin əvvəllərində xalqı iqtisadi-sosial problemlərlə üz-üzə qoymuşdunuz. Hansı üzlə indi hər şeyin, guya, pis olduğunu deyirsiniz? Ölkəni Suriyaya çevirmək, vətəndaş qarşıdurması yaradaraq, ictimai fikrə mənfi yöndə təsir etmək kimi missiyanız varsa, bunu aşkar bəyan edin. Mitinqlər keçirib orada dövlət əleyhinə nə gəldi danışmaq asandır. Əsas, əməldə öz məqsəd və məramının yaxşı olmasını sübut etməkdir. İndiki halda isə bu mitinqlər yalnız bir məqsədə xidmət edir, bu da ki, yuxarıda da qeyd etdiyimiz kimi, “Məhsul”dan xaricə zay “məhsullar” ixrac etməkdir...
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”
06.11.2018
Son illərdə muğamın inkişafına çox böyük təkan verilib
06.11.2018
İrana qarşı sanksiyalar Ermənistanı çətin vəziyyətə salıb
01.11.2018
Ermənistanda keçiriləcək seçkilər siyasi böhrana son qoymayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info