Pambığın qiyməti artır
Tarix: 03.04.2018 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Dünya pambıq bazarında son həftələrdə baş verən müxtəlif dəyişikliklər bazara ciddi investorları cəlb edir. Bu isə qiymətləri artırır. Pambığın qiyməti artıq 80 senti ötüb. Bir müddət öncə 87 sentə qədər qalxan qiymətlərin, ən azından, bu həddə qalması və yaxın perspektivdə bir qədər də yüksələcəyi gözlənilir.
Əvvəlki illərə baxdığımızda, pambıq bazarında mart ayında çox dəyişiklik müşahidə edilir. 2011-ci ilin mart ayında pambığım qiyməti 2.27 dollar olduğu halda, 2016-cı ilin mart ayında ən aşağı səviyyəyə - 55.6 sentə düşüb. Amma hazırda dünya bazarında qiymətlər yüksəlir. Yeni investorların cəlb edilməsi qiymətlərin artımına təsir edir. Dünya bazarında qiymətin 90 sentə yüksələcəyi gözlənilir. Ümumiyyətlə, dünya pambıq istehsalında 2017-2018-ci il mart ayı üzrə Hindistan 6,2 milyon tonla ilk sırada yer alıb. İkinci sırada 6 milyon tonla Çin, üçüncü sırada 4,6 milyon tonla ABŞ qərarlaşıb. 1,8 milyon tonla Pakistan dördüncü sıradadır. Dünya pambıq ixracında isə 2017-2018-ci il mart ayı üzrə 3,2 milyon tonla ABŞ ilk sırada yer alır. Daha sonra isə 1 milyon tonla Avstraliya ikinci, 900 min tonla Braziliya və Hindistan növbəti yerləri bölüşürlər.

Tələb-təklif balansı qiymətləri dəstəkləyir
Bazarda investorun diqqətini cəlb edən bir çox amillər var. Birincisi, bazarda tələb-təklif balansı qiymətləri yuxarı səviyyədə saxlayır, nəticədə qlobal səviyyədə pambığa tələb artır. 2017-ci ildə tələb 5 faiz artıb ki, bu da son 5 ildə ay yüksək göstəricidir. Dünya iqtisadiyyatındakı müsbət irəliləyiş bu sektora da müsbət təsir edib. Yüksək artımın həm bu il, həm də gələn il davam edəcəyi gözlənilir. Digər tərəfdən, Çində pambıq ehtiyatları satışa çıxarılıb. Deməli, daxili bazardakı tələbə görə satış miqdarını yüksəldəcək Çinin azalan ehtiyatlarını yerinə qoymaq üçün idxalı artırması imkanı da qiymətlərə təsir edir. Ekspertlər analizlər nəticəsində qiymətlərin artmağa davam edəcəyini proqnozlaşdırırlar. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin (USDA) məlumatları gözlənilən artımla bağlı proqnozları təsdiqləyir. İstehsal və ehtiyatların azaldığını bildirən USDA qeyd edir ki, idxalda olan artım qiymətlərə təsir edir. USDA-nın son hesabatına görə, 2017-2018-ci il mövsümündə qlobal istehsal proqnozu 121,9 milyon balyaya yüksələcək. Ancaq tələbatdakı artım da çoxdur. Qlobal pambıq ticarəti əvvəlki təxminlərindən 600 min balya daha çox - 38,8 milyon balyadan artıq olacaq. İdxal baxımından ən böyük dəyişiklik Türkiyənin tələbatında gözlənilir. Türkiyənin ABŞ-dan alışlarının 300 min balya artaraq 3.8 milyon balyaya çıxacağı təxmin edilir. Banqladeşin tələbatında 150 min, Çində isə 100 min balya artım proqnozlaşdırılır.
Nigar




 
Bölməyə aid digər xəbərlər
27.05.2019
Bakının elektrik enerjisi təchizatının etibarlılığı artırılıb- VIDEO
27.05.2019
“Qala Sığorta” böyüyür – şirkətin daha bir regional nümayəndəliyi açıldı
27.05.2019
Ramin Quluzadə Rusiyada səfərdə olub
25.05.2019
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək
25.05.2019
Bakı–Tbilisi–Ceyhan boru kəmərinə ilk neftin vurulmasından 14 il ötür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info