İsraildə Xocalı ilə bağlı səyyar fotosərgi yeni ünvanda
Tarix: 01.06.2013 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


İsrailin şimali hissəsində yerləşən Tirat Karmel şəhərində Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı səyyar sənədli fotosərgi öz "yürüşünü" davam edir.
Bu ilin fevral ayının 25-də Təl-Əviv Universitetinin nəzdində fəaliyyət göstərən Yəhudi Diaspora Muzeyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət kampaniyası”nın və "STMEGİ" Dağ Yəhudilərinin Beynəlxalq Təşkilatının dəstəyi, “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının (Azİz) təşkilatçılığı ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş “Xocalıya ədalət” adlı anma mərasimi və sənədli fotosərgi keçirilib. İyun ayının 1-də Tirat Karmel şəhərinin yeni açılmış böyük kitabxanasında Xocalı qətliamının dəhşətli və qanlı hadisələrini əks etdirən fotosərgi açılıb. Sərginin açılışı mərasimində Tirat Karmel şəhərinin meri Arie Tal, İsraildə akkreditə olunan diplomatik korpusun nümayəndələri, ictimai təşkilatların başçıları, İsrailin mass media nümayəndələri iştirak ediblər.
Fotosərgini açan Dağ yəhudilərinin mədəniyyət və ənənələrinin qorunması mərkəzinin direktoru, “AZİZ”in idarə heyətinin üzvü Şaul Siman Tov Dağlıq Qarabağ münaqişəsindən, 1992-ci il fevralın 25-dən 26-na keçən o gecənin dəhşətlərindən danışıb.
Fotosərgidə çıxış edən, beynəlxalq münasibətlər üzrə ekspert, “AZİZ”in idarə heyətinin üzvü Arye Qut qeyd edib ki, misli görünməmiş vəhşiliklə törədilmiş Xocalı soyqırımı XX əsrin ən qorxunc faciələrindən biridir: “Bu fotosərgidə gordüyünüz sənədli şəkillər dəhşətli dərəcədə dözülməz səhnələr Azərbaycan xalqının ürəyində sağalmaz bir yara açıb. Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri - Xocalı şəhəri cəmi bir gecə ərzində yerlə-yeksan edilərək yandırılıb. Bu faciə bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələri şəhəri və onun ətraflarını tərk etməyə macal tapmamış heç bir xocalılıya aman verməyib. Erməni silahlı birləşmələrinin yırtıcılığı nəticəsində 613 adam qətlə yetirilib, 487 adam əlil olub, 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalıblar.
Qutun sözlərinə görə, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı yönəldilib: "Məhz buna görə də biz bu sənədli səyyar fotosərgisini il ərzində İsrailin müxtəlif şəhərlərində təşkil edəcəyik. Biz hər şey etməliyik ki, İsrailin siyasi elitası Xocalı qətliamı ilə bağlı məlumatlansın, İsrail ictimaiyyəti və siyasi elita "Justice for Khojaly" kampaniyası çərçivəsində Xocalı qətliamı haqqında dolğun və dəhşətli faktlar haqqında xəbəri olsun".
Tirat Karmel şəhərinin meri Arie Tal, Bələdiyyə Şurasının başçısı Avi Elkabets Xocalı faciəsindən çox kədərləndiyini bildirib.
Arie Talın sözlərinə görə, Xocalı qətliamının şəkillərini seyr etmək çox çətindir: "Günahsız uşaqlara, qadınlara və qocalara qarşı misli görünməmiş bu qəddarlıq və barbarlıq heç bir izaha gəlmir. Azərbaycanlılar və yəhudilər hər zaman qardaş olublar, indi də biz qardaşıq. Holokost genosidini yaşamış yahudilər Xocalı soyqırımını yaşamış azərbaycanlıları hamıdan yaxşı anlaya bilər. Tirat Karmel şəhərinin yeni şəhər kitabxanasında Xocalı qətliamına həsr olunan bu fotosərgi onun üçün vacibdir ki, bu fotosərgini yüzlərlə, minlərlə gənc israilli görəcək. Xocalıda baş verən faciə yalnız azərbaycanlıların deyil, həm də bizim dərdimizdir, bizim kədərimizdir, bizim ağrımızdır".
“İsrail-Azərbaycan” Assosiasiyasının baş direktoru Lev Spivak tədbirdə iştirak etdiklərinə görə hamıya minnətdarlığını bildirib. Spivak Azərbaycan icmasına daim diqqət yetirdiyinə və Xocalı qətliamı ilə bağlı dəstək sözlərinə görə Tirat Karmel şəhərinin merinə minnətdarlıq bildirib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info