“Ermənistanda iqtisadi inkişafla bağlı deyilənlər yalandır”
Tarix: 01.06.2013 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


“Bunu xarici borcun artması, işsizlərin və ölkəni tərk edənlərin sayının çoxalması da sübut edir”

“Armenianreport.com” saytı Ermənistanın baş naziri Tiqran Sərkisyanın yalanlarını ifşa edən məqalə dərc edib. Məqalədə ölkənin ağır iqtisadi durumunu yaxşı fonda təqdim etməyə çalışan baş nazirin yalanları ifşa olunur:
“Yalan yalnız yüksək səslə söylənmir, susaraq da yalan söyləmək olar. Həyatımızda hər zaman yalan olur. Lakin daha çox hakimiyyətə malik insanlar sərhədsiz yalanlardan geniş istifadə edirlər: həm mənəvi, həm də siyasi.
Baş nazir Tiqran Sərkisyan bütün sferalara müraciət edərək ötən ilin iqtisadi göstəricilərini təqdim edib. Baş nazir bildirib ki, ötən il daxili resursların hesabına yüksək, əməkdaş ölkələrdə isə aşağı iqtisadi artım qeydə alınıb, metalların beynəlxalq qiymətlərində isə azalma tendensiyası müşahidə olunub.
“Əsaslandırmaq olar ki, 2012-ci ildə yüksək iqtisadi artım tempi daxili iqtisadiyyatın və hökumətin məqsədyönlü sənaye siyasətinin nəticəsində yüksəlib. 2012-ci ildə görülmüş yüksək tədbirlər nəticəsində 7,2% iqtisadi artım qeydə alınıb. Sevindirici haldır ki, iqtisadi artım üçün liderlik iqtisadiyyatın xarici hissəsinə yönləndirilib” - deyə o qeyd edib.
Tiqran Sərkisyan aldadırmı? Aldadır. Həm də boz axta at kimi. Onun yalanını sübut etmək olarmı? Çox asandır: sadəcə olaraq, küçəyə çıxmaq və insanlardan soruşmaq lazımdır ki, onlar iqtisadi artımı hiss ediblərmi? Cavablar müxtəlif olacaq, lakin onlardan biri iqtisadiyyata aid olmayacaq. Bütün cavablar bu yalanın müəllifinin və xalqa münasibətinin üstünə gətirəcək.
Üstəgəl, Tiqran Sərkisyanın bu yalanını Ermənistanın xarici borcunun artması statistikası, işsizlərin və ölkəni tərk edənlərin hesabına orta əməkhaqqının artmaması da sübut edir. Ancaq bütün bunlara 7%-lik artımdan danışan Tiqran Sərkisyanın inamı yoxdur. Nə yaxşı ki, T.Sərkisyan hələ 70%-lik artımdan danışmadı!”.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Ermənistan parlamentindəki deputatarın əksəriyyəti bilik və təcrübəyə malik deyillər
15.01.2019
Ermənistanda “donuz qripi”ndən ölənlərin sayı ikiyə çatıb
15.01.2019
İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin Azərbaycana səfəri gözlənilir
14.01.2019
Kosaçev: “ABŞ situasiyaya iqtisadi sanksiyalar vasitəsilə nəzarət etməyə çalışır”
14.01.2019
“Belə metodlarla Ankaraya təsir etmək mümkün deyil”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info