Ermənistan yalnız yəhudilərə deyil, bütün millətlərə qarşı qeyri-tolerant ölkədir
Tarix: 03.04.2018 | Saat: 12:32:00 | E-mail | Çapa göndər


Ermənistan yalnız yəhudilərə deyil, bütün millətlərə qarşı qeyri-tolerant münasibət bəslənən bir ölkədir. Bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev deyib.
Onun sözlərinə görə, Ermənistanı dünyada monoetnik bir ölkə də saymaq olar. Çünki Ermənistanda ermənilərdən başqa, demək olar, heç bir millətin nümayəndəsi yaşamır:
“Orada bir qədər yezidi kürdləri qalmışdı, onları da ölkələrindən çıxardılar. Ermənistanın Rusiya ilə yaxşı münasibətlərinin olmasına baxmayaraq, onlar orada hətta rusların yaşaması və fəaliyyət göstərməsinə münasib imkan yaratmırlar”.
Deputat həmçinin xatırladıb ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarının aborigen əhalisi olan 250 mindən çox Azərbaycan türkünü 1988-1989-cu illərdə tamamilə deportasiya edib.
O bildirib ki, ötən il 100 ərzində ermənilər tərəfindən məhz azərbaycanlılara qarşı nə qədər soyqırımının törədildiyi bütün dünyaya məlumdur: “Yəhudilərə və digər millətlərə olan münasibətə gəldikdə, ermənilər özlərindən başqa heç bir millətə qarşı heç vaxt humanist münasibət bəsləməyiblər. Bu, əslində "erməni xəstəliyi" deyilən bir sindromun tərkib hissəsidir və milli naqislikdən doğan məsələdir. Naqisliyi olan şəxs və ya toplum həmişə sağlam topluma qısqanclıqla yanaşır və özünün “çatışmazlıq kompleksi"ndən xilas olması üçün bu kimi addımlar atır. Bu, həm də Ermənistan dövlətinin siyasətinin bir tərkib hissəsidir. Ona görə də ermənilərin yəhudilərə və digər millətlərə olan belə münasibətini təəccüblə qarşılamaq lazım deyil”.
Xatırladaq ki, “Pew Research Center” Tədqiqat Mərkəzinin Mərkəzi və Şərqi Avropanın 18 ölkəsində bir il ərzində apardığı sosial sorğunun nəticələrinə görə, Ermənistan Mərkəzi və Şərqi Avropa dövlətləri arasında yəhudilərə münasibətdə ən qeyri-tolerant ölkə hesab olunub.




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
2019-cu il Azərbaycan tarixinə sosial və idarəçilik islahatlarının qızıl səhifəsi kimi yazılacaq
24.06.2019
İmamoğlu: İstanbulda qanun və ədalət hökmranlıq edəcək
23.06.2019
Azərbaycan MDB-də ən yüksək minimum əməkhaqqı olan ölkələr kateqoriyasına daxil oldu
23.06.2019
Valdis Zatlers: Çernobıl qəzasında insanlar günahkar idi
22.06.2019
Azərbayan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması dünya üçün də bir ismarışdır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info