Azərbaycan Respublikasının İrandakı səfiri MEK-i ziyarət edib
Tarix: 03.04.2018 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının İran İslam Respublikasındakı (İİR) Fövqəladə və Səlahiyyətli səfiri Bünyad Hüseynov AMEA Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib. Səfir MEK-in Sərgi salonunda, Akademiklər zalında, eləcə də kitabxananın başqa informasiya təminatı məkanlarında mühafizə olunan Azərbaycan və dünya mədəniyyətini, tarixini əks etdirən sənədlərlə tanış olub.


Qarşılıqlı əməkdaşlığın müzakirəsi zamanı Səfir Bünyad Hüseynov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Mədəniyyət kitabxanasına MEK tərəfindən təqdim olunan ədəbiyyatın əsasən AMEA-nın çap etdiyi elmi əsərlərdən formalaşdırılması taktikasını Azərbaycanın elmi potensialının tanıdılması baxımından yüksək qiymətləndirib. Səfri İİR-in kitab siyasətindən, MEK-in Şərq ədəbiyyatı fondunda mühafizə olunan ərəb əlifbası ilə yazılmış Azərbaycan ədəbiyyatının İranda Azərbaycan mədəniyyətinin və tarixinin təbliği üçün önəmindən bəhs edib. O, Mərkəzi Elmi Kitabxananın İranın aparıcı kitabxanalarından biri ilə əməkdaşlıq əlaqələrinin qurulması üçün yardım göstərəcəyini bildirib. MEK direktoru Leyla İmanova İƏT-ə üzv dövlətlərin Mədəniyyət kitabxanası və səfirliyin kitabxanasını zənginləşdirmək məqsədilə hazırlanmış kitab kolleksiyasını səfirə təqdim edib və bu fəaliyyətin davamlı olacağını bildirib. Leyla İmanova Azərbaycanın xaricdəki diplomatik missiyaları tərəfindən Azərbaycan haqqında xarici dillərdə hazırlanmış ədəbiyyat ilə Milli Rəqəmsal Yaddaş bazasının zənginləşdirilməsindən, beynəlxalq kitab mübadiləsindən danışıb.
Görüşün sonunda Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Bunyad Hüseynov Mərkəzi Elmi Kitabxananın beynəlxalq əlaqələrinin genişləndirilməsinə, kitabxananın fondlarının və yeni yaradılmış Diplomatik fondunun zənginləşdirilməsinə, eləcə də Azərbaycan Milli Rəqəmsal Yaddaş layihəsinə verdiyi töhfəyə görə təşəkkürnamə ilə təltif edilib.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Fondun təşkilatçılığı ilə KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar
21.02.2019
DİN polis orqanlarında 150 vəzifəyə qəbulla əlaqədar müsabiqə elan edib
21.02.2019
Rusiyalı bloqqerlər Azərbaycanda qış mövsümü haqqında film çəkiblər
21.02.2019
Azərbaycanın İstanbuldakı baş konsulu azərbaycanlı tələbələrlə görüşüb
21.02.2019
Dini liderlər Xocalı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info