ŞƏT Azərbaycana ilk dəfə seçki müşahidə missiyası göndərir
Tarix: 03.04.2018 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərini müşahidə etmək üçün ölkəmizə nümayəndə heyəti göndərəcək.
AZƏRTAC xəbər verir ki, bu, ŞƏT-in ölkəmizdə keçirilən seçkiləri izləyəcək ilk müşahidə missiyası olacaq. Təşkilatın baş katibi Rəşid Alimovun rəhbərlik edəcəyi və 20 nəfərə yaxın şəxsdən ibarət missiyanın tərkibinə ŞƏT-in Pekindəki mənzil-qərargahının məsul əməkdaşları, habelə üzv ölkələrin nümayəndələri daxil olacaq.
ŞƏT-in müşahidəçiləri Azərbaycanda seçkiqabağı vəziyyəti öyrənəcək, Bakıda, Sumqayıtda, Gəncədə, Abşeron rayonunda və Mingəçevirdəki məntəqələrdə səsvermə prosesini izləyəcəklər.
Aprelin 5-dən 13-dək davam edəcək səfər çərçivəsində ŞƏT-in baş katibi Rəşid Alimovun bir sıra görüşləri də nəzərdə tutulub.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın iştirakı ilə yaradılan dövlətlərarası beynəlxalq təşkilatdır. Ötən il Hindistan və Pakistan ŞƏT-ə tamhüquqlu üzv qəbul edilib. Azərbaycan təşkilatda dialoq üzrə tərəfdaş status ilə təmsil olunur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
“France-24” Füzulidən reportaj hazırladı – VİDEO
27.11.2020
ATƏT Qarabağda bundan sonra hansı rol oynaya bilər? - Təşkilatdan açıqlama
27.11.2020
Azərbaycan və İtaliya XİN rəhbərləri bölgədəki son vəziyyəti müzakirə ediblər
26.11.2020
Milli Məclisin Fransa Senatının qətnaməsi ilə bağlı etiraz bəyanatının tam mətni açıqlandı
26.11.2020
Fransa bəyan etdi: “dqr”i tanımırıq!

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
2 Öküz ili bürclərə nə vəd edir?
3 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
4 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
5 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info