Bakının elektrik enerjisi təchizatının etibarlılığı və dayanıqlılığı barədə hesabat hazırlanıb
Tarix: 03.04.2018 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


Bakı şəhərinin 2017-ci il üzrə elektrik enerjisi təchizatının etibarlılığı və dayanıqlılığı barədə hesabat hazırlanıb.
Energetika Nazirliyindən  bildirilib ki, hesabata əsasən, ötən il əvvəlki illərlə müqayisədə Bakı şəhərinin elektrik enerjisi təchizatının etibarlılığı və dayanıqlılığı üzrə yüksək göstəricilərə nail olunub. Belə ki, Bakı şəhəri üzrə 2017-ci il ərzində orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranmış fasilənin müddəti (SAIDI göstəricisi ilə) 0,87 saat təşkil edib. Orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranmış fasilənin sayı isə (SAIFI göstəricisi ilə) 0,98 dəfə olub.
Bu göstəricilər əvvəlki illərlə müqayisədə həm müddət, həm də say baxımından aşağıdır. Bunun başlıca səbəbi son 10 ildə Bakı şəhərinin paylayıcı şəbəkəsində mövcud olan 33 ədəd 110 kilovoltluq (kV) yarımstansiyadan 25-nin tikilərək tam yenidən qurulması, 80 ədəd 35 kV-luq yarımstansiyanın inşa edilməsidir ki, həmin yarımstansiyalardan son dördü bir il əvvəl istismara buraxılıb. Bununla yanaşı, paytaxtın 90 faizində yeraltı kabelləşmə işinin həyata keçirilməsi və yaradılan dairəvi elektrik enerjisi təchizatı sxemlərinə qoşulması da Bakı şəhərinin enerji təchizatının etibarlılığı və dayanıqlılığına müsbət təsir göstərib.
Tural




 
Bölməyə aid digər xəbərlər
27.05.2019
Bakının elektrik enerjisi təchizatının etibarlılığı artırılıb- VIDEO
27.05.2019
“Qala Sığorta” böyüyür – şirkətin daha bir regional nümayəndəliyi açıldı
27.05.2019
Ramin Quluzadə Rusiyada səfərdə olub
25.05.2019
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək
25.05.2019
Bakı–Tbilisi–Ceyhan boru kəmərinə ilk neftin vurulmasından 14 il ötür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info