“Azərbaycanlıların soyqırımının 100 illiyi. Azərbaycanlılara qarşı soyqırımının 200 ildən artıq tarixi var”
Tarix: 03.04.2018 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


Özbəkistanın tnews.uz portalı rus dilində “Azərbaycanlıların soyqırımının 100 illiyi. Azərbaycanlılara qarşı soyqırımının 200 ildən artıq tarixi var” sərlövhəli məqalə yayıb.
Məqalədə Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra xalqın tarixi keçmişinin obyektiv tədqiqinə imkan yarandığı, gizli faktların üzə çıxdığı, qadağan edilmiş mövzuların açıldığı, təhrif olunmuş hadisələrə düzgün qiymət verildiyi bildirilib.
Yazıda deyilir ki, 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının və Azərbaycanın tarixi torpaqlarının bölünməsinin təməlini qoyub, ərazilərin işğalına başlanıb, ermənilərin müxtəlif yerlərdən bu torpaqlara köçürülməsi siyasəti həyata keçirilib. Vurğulanır ki, İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisinə köçürülən ermənilər bu torpaqlarda yaşayan azərbaycanlılardan sayca çox az olmalarına baxmayaraq, himayədarları sayəsində “erməni vilayəti” adlanan inzibati bölgənin yaradılmasına nail olurlar və bununla da azərbaycanlıların öz torpaqlarından qovulması prosesi başlanıb.
Məqalədə ermənilər tərəfindən müxtəlif illərdə, o cümlədən 1918-ci ildə Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər rayonlarda törədilən vəhşiliklər haqqında məlumat verilir. Bildirilir ki, bu ərazilərdə azərbaycanlıların kütləvi qırğını həyata keçirilib, yüzlərlə kənd və qəsəbə yandırılıb, milli mədəni sərvətlər dağıdılıb və məhv edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info