Vergilər və Təhsil nazirlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb
Tarix: 03.04.2018 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyi və Təhsil Nazirliyi arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib.
 
Mərasimdə nazirliklərin rəhbərliyi, ali məktəblərin rektorları, SABAH qruplarının İcra Komitəsinin üzvləri və tələbələr iştirak ediblər.
 
Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, əməkdaşlıq memorandumu 5 illik dövrü əhatə edəcək. Onun sözlərinə görə, memorandum işə götürənlərlə təhsil alanlar arasında effektiv əlaqənin qurulmasını nəzərə tutan yeni bir layihədir: “Bu layihə ali məktəblərdə xüsusi istedadlı tələbələr üçün yaradılmış SABAH qruplarında təhsil alan gənclərin gələcək hazırlığı ilə bağlıdır. Layihə tələbələrin tədris dövründə inkişafını, təlim və peşə hazırlığı üzrə biliklərinin möhkəmləndirilməsi, potensialı olan gənclərin gələcəkdə vergi xidmətində işə cəlb edilməsi üçün ilkin hazırlığını nəzərdə tutur”.
 
Təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, əməkdaşlıq çərçivəsində qarşıdakı dövrdə tələbələrə istehsalat təcrübəsi dövrünü Vergilər Nazirliyində keçirmələri üçün şərait yaradılacaq.
 
Nazir müavini qeyd edib ki, son 10 ildə 3000-dən çox məktəb tikilib və yenidən qurulub: “Təkcə ötən il 100 modul məktəb istifadəyə verilib, bu il isə 137 modul məktəb tikilib istifadəyə veriləcək”.
 
 Sonda Vergilər və Təhsil Nazirlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi vergilər nazirinin müavini Sahib Ələkbərov və təhsil nazirinin müavini Firudin Qurbanov imzalayıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar
14.11.2018
Azərbaycan məhsullarının ixracı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info