Vergi orqanları işçilərinin yeni aylıq vəzifə maaşları təsdiqlənib
Tarix: 03.04.2018 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


Vergi orqanları işçilərinin yeni aylıq vəzifə maaşları təsdiqlənib. 
Nazirlər Kabineti Azərbaycan Prezidenti İlham Əliyevin “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” 13 mart 2018-ci il tarixli sərəncamının icrası məqsədi ilə belə bir qərar qəbul edib.
 
Sərəncama əsasən dövlət qulluqçularının aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb. Nazirlər Kabinetibununla bağlı “Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları” və “Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları haqqında” ” qərarında müvafiq dəyişiklik edib. Beləliklə, qərara əsasən Vergilər Nazirliyinin Aparat rəhbərinin maaşı 010 manatdan 1111  manata, Aparat rəhbərinin maaşı maaşı 940 manatdan 1034  manata, departamentin baş direktoru, təminedici idarənin və şöbənin (mərkəzin) direktorunun maaşları 890 manatdan 979 manata, departamentin baş direktorunun, təminedici idarənin və şöbənin (mərkəzin) direktorunun birinci müavininin maaşı 770 manatda 847 manata, departamentin baş direktorunun, təminedici idarənin və şöbənin (mərkəzin) direktorunun müavini, yardımçı idarənin və şöbənin (mərkəzin) direktorunun maaşı 760 manatdan 836 manata, departamentin, təminedici idarənin tərkibində olan idarənin direktoru, şöbənin rəhbərinin maaşı 750 manatdan 825 manata qaldırılıb. Eyni zamanda nazirin müşaviri, nazirin köməkçisinin maaşı 730 manatdan 803 manata, departamentin, təminedici idarənin tərkibində olan idarənin direktorunun və şöbənin rəhbərinin müavini, yardımçı idarə və şöbənin (mərkəzin) direktorunun müavininin maaşı 710 manatdan 781 manata, baş mühasib, bölmə direktoru (rəhbəri), yardımçı idarənin tərkibində olan şöbənin rəhbəri, departamentin tərkibində olan idarənin tərkibindəki şöbənin rəhbərinin maaşı 620 manatdan 682 manata, baş dövlət vergi müfəttişi, baş mütəxəssis, baş təhqiqatçı, baş əməliyyat müvəkkili, baş iqtisadçı, baş hüquqşünas, mətbuat katibinin maaşı 540 manatdan 594 manata,  böyük dövlət vergi müfəttişi, böyük mütəxəssis, böyük təhqiqatçı, böyük əməliyyat müvəkkili, böyük hüquqşünas, böyük mühasib, böyük iqtisadçının maaşı   530 manatdan 583 manata, aparıcı mütəxəssis və aparıcı iqtisadçının maaşı 520 manatdan 572 manata, dövlət vergi müfəttişi, mütəxəssis, mexanik, təhqiqatçı, əməliyyat müvəkkili, iqtisadçı, hüquqşünas və mühasibin maaşı 510 manatdan 561 manata qaldırılıb.
 
Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minib.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info