5 dövlət müəssisəsi özəlləşdirilib
Tarix: 03.04.2018 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.
 
Komitədən verilən məlumata görə, budəfəki hərracda 5 kiçik dövlət müəssisəsi, 6 qeyri-yaşayış sahəsi, 1 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri paytaxtın Qaradağ, Suraxanı rayonlarında, regionlar üzrə isə Ağcabədi, Astara, Salyan bölgələrində yerləşir.
 
Alıcıların hərraclarda aktivliyi nəticəsində “Tofaş” markalı nəqliyyat vasitəsinin ilkin start qiyməti 1500 manat olsa da 2 300 manata özəlləşdirilib.
 
Gəncə şəhərinin mərkəzində yerləşən ümumi faydalı sahəsi 200 kvadratmetrdən çox olan qeyri-yaşayış sahəsinin hərracına alıcı onlayn şəkildə qatılıb.
 
Bundan başqa, Ağcabədidə olan 46 saylı SMD-nin klub binası torpaq sahəsi ilə birgə özəlləşdirilib.
 
Digər özəlləşdirilən Ağcabədi rayonun Səməd Vurğun küçəsində yerləşən 6 saylı texniki xidmət emalatxanasının ümumi faydalı sahəsi 131,1 kvadratmetr, torpaq sahəsi isə 1143 kvadratmetr təşkil edir.
 
Qeyri-yaşayış sahəsi üzrə özəlləşən əmlaklardan 2-si Bakının Nizami, Yasamal rayonlarında, digərləri isə Gəncə və Sumqayıt şəhərlərində yerləşir.
 
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar
14.11.2018
Azərbaycan məhsullarının ixracı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info