461 məcburi köçkün ailəsi yeni binalara köçürülüb
Tarix: 03.04.2018 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsində yerləşən Təcili Tibbi Yardım Stansiyasının yarımçıq qalmış binasında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədilə Heydər Əliyev Fondunun vəsaiti hesabına Xətai rayonu ərazisində yeni binalar alınıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına görə, Nazirlər Kabinetinin 14 fevral 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq Dövlət Komitəsinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən 461 məcburi köçkün ailəsinin yeni binalara köçürülməsi prosesi başa çatdırılıb.
Köçürülmə prosesi başa çatdıqdan sonra yeni binalara köçürülmüş məcburi köçkünlərin müvəqqəti qeydiyyatları müxtəlif şəhər və rayonlarda olduğu, həmçinin bəzi məcburi köçkünlərin “məcburi köçkün” vəsiqələrinin olmadığı, onların yeni yaşayış sahələri üzrə müvəqqəti qeydiyyata götürülməsi və digər bu kimi çoxsaylı məsələlərdə yaranmış çətinliklərin aradan qaldırılması məqsədilə baş nazirin müavini, Dövlət Komitəsinin sədri Əli Həsənovun müvafiq əmri ilə komissiya yaradılıb. Dövlət Komitəsinin aidiyyatı struktur bölmələrinin məsul əməkdaşlarının tərkibinə daxil edildiyi komissiyaya yeni binalara köçürülmüş məcburi köçkünlərin qeydiyyatının təmin edilməsi məqsədilə qısa vaxt ərzində onların əvvəllər müvəqqəti qeydiyyatda olduqları rayonların icra hakimiyyətlərini və Komitənin bütün rayonlar üzrə sektorlarını da bu işə cəlb etməklə qeydiyyat kartlarının alınmasını, eyni zamanda həmin kartların Xətai rayon sektoru tərəfindən yerində təsdiq edilməsini, həmin məcburi köçkün ailələrinin elektron formada və təsdiq edilmiş qaydada adlı siyahılarının dəqiqləşdirilməsini və Komitəyə təqdim olunmasını, məcburi köçkünlərin vəsiqələrlə təmin edilməsini və digər zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info