Əlilliyi olan şəxslər 6 246 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edilib
Tarix: 03.04.2018 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən bu ilin yanvar-mart aylarında əlilliyi olan şəxslərə 6 246 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat verilib.
Əlilliyi olan şəxslərin müraciətləri əsasında onların dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə ambulator və müvafiq hallarda stasionar şəraitdə protez-ortopedik xidmətlərlə təminatı həyata keçirilib. Verilən reabilitasiya vasitələri və protez-ortopedik məmulatlardan 300 ədədə yaxını əlil arabası olmaqla müvafiq tibbi göstərişi olan əlil insanlara təqdim edilib. Həmçinin bu təbəqədən olan şəxslər 326 ədəd aşağı və yuxarı ətraf ortezi, 266 ədəd aşağı və yuxarı ətraf, döş protezi, 96 ədəd bel və boyun nahiyəsi üçün korset, 1729 ədəd müxtəlif reabilitasiya vasitəsi, 360 cüt dirsəkaltı ağac, 277 ədəd dördayaqlı dayaq vasitəsi, 207 cüt qoltuqaltı ağac, 635 ədəd əsa, 846 cüt ortopedik ayaqqabı, 141 cüt protez ayaqqabı və s. ilə təmin ediliblər. Əlilliyi olan şəxslərdən 152 nəfərinə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.
Ümumilikdə, cari ilin yanvar-mart aylarında qeyd olunan müəssisələr tərəfindən 2672 nəfər əlilliyi olan şəxs müvafiq xidmətlərlə təmin edilib ki, onların 376 nəfərini ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər təşkil edib.
Eyni zamanda, protez-optopedik məhsulların istehsalında yeni konstruksiyaların və elmi nailiyyətlərin tətbiqi, qabaqcıl dünya təcrübəsi əsasında yüksək texnologiyalı reabilitasiya vasitələrinin, funksional protezlərin istehsalı sisteminin formalaşdırılması işləri də aparılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info