Almaniya İctimai Televiziyası: Ermənistan öz gələcəyini itirib
Tarix: 03.04.2018 | Saat: 21:10:00 | E-mail | Çapa göndər


Almaniyanın ZDF İctimai Televiziyasında müasir Ermənistanın ağır reallıqları barədə reportaj göstərilib. AZƏRTAC xəbər verir ki, reportajda insanların Ermənistanı soyqırımı ilə, Dağlıq Qarabağda baş verən müharibə ilə əlaqələndirmələrindən danışılır: “Lakin gündəlik həyat üstün mövqe tutur: korrupsiyalaşmış siyasətçilər, tam səfalət. Gənclər ölkədən kütləvi şəkildə qaçır”.
Bu yaxınlarda aparılan tədqiqatlara görə, ermənistanlı gənclərin üçdə ikisi ən azı müvəqqəti də olsa ölkəni tərk etməyi fikirləşir. Onlar ölkədə olan siyasi, sosial və iqtisadi vəziyyətdən məyusdurlar. ZDF qeyd edir ki, rəsmi statistikaya əsasən, ölkə əhalisinin 30 faizi yoxsulluq vəziyyətindədir. Real rəqəmlər, ehtimal ki, xeyli yüksəkdir.
Reportajın müəllifi bildirir ki, “Transparency International”ın korrupsiya indeksində Ermənistan Efiopiya, Makedoniya və Vyetnamla bir cərgədə - 107-ci sıradadır. İqtisadiyyat bir neçə oliqarxın əlindədir: hakim elitanın qohumu və dostu olmayanın çətin ki, biznesdə şansı ola bilər. Bununla yanaşı, ölkədə məhkəmə sistemi asılıdır – bu, investorlar üçün məhvedicidir. Hər seçkidən sonra saxtalaşdırma ittihamları səslənir. Seçici siyahılarına hətta ölülərin adları da kütləvi şəkildə daxil edilir.
“Ölkədən nə qədər insanın getməsini yalnız təxmini qiymətləndirmək olar: hökumət bu rəqəmin ildə 30-40 min adam olmasını əsas götürür. Əsas kütlə Rusiyaya gedir. SSRİ-nin dağılmasından sonra Ermənistan yaşı 16-dan 30-dək olan milyondan çox sakinini (əhalinin üçdəbiri!), bununla da öz gələcəyini itirib”, - deyə ZDF qeyd edir.
Reportajda deyilir: “Ola bilər, kütləvi nəticə hökumətin xeyrinədir – axı yaxşı təhsil almış gənclərin timsalında, ölkədə olan potensial inqilabçılar da yox olur”.
Almaniyanın İctimai Televiziyası, həmçinin Ermənistanın geostrateji vəziyyətini Türkiyə və Azərbaycanla sərhədlərinin bağlı olması səbəbindən, “qorxunc yuxu” adlandırır.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir
17.01.2019
Şahmat ömrü uzadır
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info