Ermənistanda baş nazir postu uğrunda mübarizə
Tarix: 03.04.2018 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Ermənistanın baş naziri Karen Karapetyan ölkədəki iqtisadi göstəriciləri önə çəkməklə Serj Sərkisyana qarşı mübarizə aparır. Əslində, iqtisadi göstəricilər ermənilərin ağır həyat səviyyəsində heç bir dəyişiklik olmadığını göstərir.
Erməni cəmiyyəti bu rəqəmlərə inanmır. Erməni mediası yazır ki, “ölkədəki inkişaf”la bağlı cəmiyyətə təbliğ edilən rəqəmlərə Serj Sərkisyan ya narazılığını bildirməli, ya da Karen Karapetyanın baş nazir kimi daha yaxşı nəticə göstərdiyini etiraf etməlidir. Bu isə Sərkisyana sərf etmir. Çünki bu halda indiki baş nazirin niyə vəzifəsindən azad edilməsi kimi çox çətin bir sualla qarşılaşacaq. “Birinci informasiya” yazır ki, Serj Sərkisyan çıxış yolunu iqtisadi göstəricilərdən də üstün olan problemdə - ölkənin təhlükəsizliyində tapmağa çalışıb. Erməni saytları yazır ki, baş nazir postu uğrunda Sərkisyanla Karapetyan arasında gizli savaş gedir. Erməni saytlarının mülahizəsinə görə, Sərkisyanın “arqumentləri” baş nazir ola bilməsi üçün kifayət edə bilər. Vəziyyətin qəribə olduğunu yazan erməni saytları Sərkisyanın hazırkı vəziyyətini məşhur filmdə olduğu "bizi maneə edən, bizə kömək edəcək" kimi dəyərləndirirlər. Karen Karapetyanın rəhbərlik etdiyi hökuməti dövlət gəlirləri komitəsinə bənzədən Ermənistan Respublikaçılar Partiyasından olan sabiq deputat Akop Akopyan da Serj Sərkisyanı seçkilərdən sonra baş nazir kimi gördüyünü bildirib. Qarşıdakı illərdə Ermənistanın siyasi və iqtisadi həyatında radikal dəyişikliklərin olacağına şübhə etdiyini bildirən keçmiş deputat Vigen Xaçaturyan isə Serj Sərkisyanın baş nazir olmasını çoxlarına sərf etdiyini bildirib: “Respublika və “Daşnaksütyun” partiyalarına Sərkisyanın bu vəzifəyə gətirilməsi lazımdır. Çünki bu halda dəyişikliklərin az olması ilə bərabər, oyun qaydaları da əvvəlki kimi qalacaq. Ona görə ki, bu insanları ölkə əhalisinin vəziyyətindən daha çox, öz vəziyyətləri maraqlandırır. Bu iki partiya ilə bərabər Çarukyan bloku da ölkədəki dəyişikliklərdə maraqlı deyil”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info