İndoneziya “Facebook”u bağlamaqla hədələyir
Tarix: 03.04.2018 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


İndoneziya hökuməti iyunda keçiriləcək ümumi yerli seçkilərlə əlaqədar yalan məlumatlar yayacağı təqdirdə “Facebook” sosial şəbəkəsinin ölkədə bağlana biləcəyi barədə xəbərdarlıq edib. “The Straits Times” nəşri xəbər verir ki, belə bir bəyanatla İndoneziyanın kommunikasiyalar və informasiya naziri Rudiantara çıxış edib. Nazirin sözlərini sitat gətirən nəşr yazıb: “Əgər lazım gələrsə, heç bir tərəddüd etmədən mən platformanın bağlanması barədə göstəriş verəcəyəm”. Rudiantara xatırladıb ki, onun rəhbərlik etdiyi qurum ötən il “Teleqram”ın messencerini bütün ölkədə bağlayıb. Bundan əlavə, nazir bildirib ki, o, “Facebook”un nümayəndələrindən bu sosial şəbəkənin Britaniyanın “Cambridge Analytica” şirkəti ilə əməkdaşlığı barədə tam hesabat da tələb edib. Onun sözlərinə görə, bununla bağlı hələlik bir cavab verilməyib. Nazir qeyd edib ki, fərdi məlumatların sızmasına cavabdeh olan sosial şəbəkənin nümayəndələri qanun qarşısında məsuliyyət daşıyırlar və belə bir hadisə baş verəcəyi təqdirdə onlar 12 il müddətinədək azadlıqdan məhrum edilə bilərlər. Cənubi Asiya regionunun ən böyük iqtisadiyyatına malik olan İndoneziyada 260 milyon əhali yaşayır. Bu gün bu ölkədə 90 milyondan çox “Facebook” istifadəçisi var. Cari ilin iyununda bütün ölkə boyunca qubernatorların, merlərin və yerli parlamentlərin deputatlarının seçkiləri keçiriləcək. Seçkilərin nəticələri gələn il keçirilməsi planlaşdırılan prezident seçkilərinə mühüm təsir göstərə bilər. İndoneziyanın hazırkı dövlət başçısı Coko Vidodo ikinci müddətə seçilmək üçün namizədliyini irəli sürəcəyini artıq elan edib.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
100 mühafizəkar Tereza Meyi Brexiti təxirə salmağa məcbur etmək istəyir
22.02.2019
Ukraynada modernləşdirilmiş raket sistemləri uğurla sınaqdan keçirilib
22.02.2019
Pompeo: “Huawei“dən istifadə edən heç bir ölkə ilə əməkdaşlıq etməyəcəyik“
22.02.2019
Hindistanda donuz qripi sürətlə yayılır
22.02.2019
ABŞ-da yeni qırıcı təyyarə təqdim edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info