UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsində ilk oyunlar keçirilib
Tarix: 04.04.2018 | Saat: 06:38:00 | E-mail | Çapa göndər


Futbol üzrə UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin oyunlarına start verilib.
Mərhələnin ilk oyun günündə iki qarşılaşma keçirilib. Günün birinci görüşündə İtaliya təmsilçisi “Yuventus” doğma meydanda İspaniyanın “Real Madrid” klubunu qəbul edib. İlk hissənin əvvəlindən üstünlüyü ələ alan “Real Madrid” komandası ilk dəqiqələrdə Kriştianu Ronaldonun zərbəsi ilə hesabı açıb. Birinci hissə bu hesabla başa çatıb.
Qarşılaşmanın 64-ci dəqiqəsində Ronaldo yenidən fərqlənərək komandasını irəli çıxarıb: 0:2. 72-ci dəqiqədə Marselo 3-cü qolu komandasının aktivinə yazıb. Beləliklə, qarşılaşma "Real"in 3:0 hesabı ilə qələbəsi ilə yekunlaşıb.
Günün digər oyunu isə İspaniyanın digər klubu “Sevilya” ilə Almaniyanın “Bavariya”-sı arasında baş tutub. Matçın favoriti sayılan "Bavariya" səfərdə minimal hesabla qalib gəlib - 1:2. Oyunun 31-ci dəqiqəsində meydan sahibləri Paulo Sarabiyanın zərbəsi ilə hesabı açsalar da, təşəbbüsü əldə saxlaya bilməyiblər. Seviliyalı Xesus Navas öz qapısına vurduğu topla hesabı bərabərləşdirib. "Bavariya"nın futbolçusu Tiaqo Alikantaranın vurduğu qol isə komandasına qələbə qazandırıb.




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
UEFA Avropa Liqasının bütün yarımfinalçıları məlum olub
19.04.2019
Futbol üzrə Şotlandiya millisinin baş məşqçisi istefa verib
19.04.2019
Ronaldo gələn il Turin klubundan ayrıla bilər
18.04.2019
Mourinyo: Messini qəfəsə salmaq lazımdır
18.04.2019
İtaliya futbolçusu “Qızıl buts”a namizədlərin sırasında

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Bakıda Üçlük ölkələrin birgə ticarət sərgisi keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info