“Avropa söyüş və təhqiri birmənalı şəkildə qəbul etmir, hətta cinayət sayır”
Tarix: 04.04.2018 | Saat: 15:55:00 | E-mail | Çapa göndər


”Azərbaycandan xaricə mühacirət etmiş bəzi soydaşlarımızın son zamanlar sosial şəbəkələrdə söyüş və təhqir üzərində qurulan siyasi mübarizə taktikası təkcə Azərbaycanda deyil, Avropada yaşayan soydaşlarımızın da ciddi etirazına səbəb olub”.
 
Bunu APA-ya Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımov deyib. AAK rəhbəri bildirib ki, həmin mühacirlərin Azərbaycan iqtidarı, eləcə də müstəqil fikirli ictimai xadimləri barədə dilə gətirilməsi mümkünsüz olan təhqirləri, söyüşləri hamıda ikrah hissi doğurur: “Onların bu davranışları nəinki Azərbaycan ictimaiyyətində, Avropadakı soydaşlarımız, hətta müxalif düşüncəli həmyerlilərimizin də ciddi qınağına səbəb olub. Onlar fərqində deyil ki, Avropa belə davranışları birmənalı şəkildə qəbul etmir, hətta cinayət sayır”.
 
AAK prezidenti hesab edir ki, insanın şərəf və ləyaqətinə toxunmaq, xüsusilə ailə məsələlərini dilə gətirilmək heç bir halda düzgün deyil. Sahil Qasımovun fikrincə, hər kəs siyasi mübarizəsini sivil yollarla aparmalı, siyasi baxışını, dünyagörüşünü səviyyəli şəkildə ortaya qoymalıdır. 
Diaspor rəhbəri Avropadakı bəzi soydaşlarımıza müraciət edərək, bu yoldan çəkinməyə, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna xələl gətirməməyə və bütün cəhdləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin yaşadıqları ölkələrdə təbliğinə yönləndirməyə çağırıb. 




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info