Türkiyə qəzetində 31 mart soyqırımından bəhs edən məqalə dərc olunub
Tarix: 03.04.2018 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri, Kocaeli Heydər Əliyev adına Mədəniyyət Evinin rəhbəri, “Azərbaycanın səsi” jurnalının baş redaktoru Bilal Dündarın “Kocaeli” qəzetində “Azərbaycanda 31 mart soyqırımı və işğallar” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə bolşeviklərin dəstəyi ilə erməni hərbi birləşmələrinin Azərbaycanda həyata keçirdiyi soyqırımı haqqında geniş məlumat verilir. 31 mart - Azərbaycanlıların Soyqırımı Günündən bəhs edən müəllif 1918-ci ilin mart ayında təkcə Bakıda 30 min günahsız insanın amansızcasına qətlə yetirildiyini, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, indiki Ermənistan ərazində olan tarixi Azərbaycan torpaqları - Zəngəzur qəzası və İrəvan vilayətlərində isə təxminən 120 min insanın öldürüldüyünü diqqətə çatdırır. B.Dündar ermənilərin 200 ildən artıq müddətdə azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin davamı olan Xocalı soyqırımının əks olunduğu fotoşəkillərin Kocaeli Heydər Əliyev adına Mədəniyyət Evində yaradılmış muzeyin “Soyqırımının səssiz şahidləri” guşəsində sərgiləndiyini qeyd edərək muzeyə gələn minlərlə insanın buradan göz yaşları içində və onun icraçılarına lənət yağdıraraq getdiyini vurğulayır.
Ermənistandakı ağır sosial-iqtisadi, siyasi vəziyyəti müqayisəli şəkildə təqdim edən müəllif Azərbaycanın hərbi məqsədlər üçün ayırdığı vəsaitin Ermənistanın ümumi dövlət büdcəsindən artıq olduğunu, Azərbaycan Ordusunun müasir silahlara malik olduğunu, Azərbaycanın müstəqil siyasət yürütdüyünü, Ermənistanın isə forposta çevrildiyini, asılı vəziyyətə düşdüyünü qeyd edir.
B.Dündar regionda Azərbaycanın iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP layihələrini qeyd edərək Azərbaycanın həyata keçirdiyi bir sıra beynəlxalq və regional əhəmiyyətli layihələrlə təcavüzkar Ermənistanın təcridinə nail olduğunu, işğala son qoymayınca, təcavüzkar ordusunu Azərbaycan torpaqlarından tamamilə çıxarmayınca bu siyasətin davam edəcəyini, Azərbaycanın işğal edilmiş əraziləri azad olunmayanadək Türkiyənin Ermənistanla sərhədlərini açmayacağını bir daha diqqətə çatdırır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info