Bolqarıstan GISDI: “Azad və demokratik seçkilərin keçirilməsi baxımdan makrosiyası mühit münbitdir”
Tarix: 04.04.2018 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Bolqarıstanın Azad və Demokratik Seçkilər üçün Vətəndaş Təşəbbüsü (GISDI) qeyri-hökumət təşkilatı aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb.
GISDI-nin uzunmüddətli müşahidə missiyasının təqdim etdiyi aralıq hesabatında hazırkı geosiyasi vəziyyət Azərbaycanda 11 aprel prezident seçkilərinin keçirilməsini zəruri edən hal kimi qiymətləndirilir, seçkilərin müşahidə edilməsinin demokratik və ədalətli seçkilər üçün beynəlxalq standartlara uyğun olduğu vurğulanır. Hesabatda Azərbaycanın siyasi, iqtisadi və mədəni xüsusiyyətləri də nəzərdən keçirilir, seçkiqabağı vəziyyət və seçkilərin keçirilməsi üçün hüquqi çərçivə dəyərləndirilir, namizədlərin irəli sürülməsi və qeydiyyatı, təşviqat kampaniyası, onun KİV-də işıqlandırılması və s. kimi məsələlərə münasibət bildirilir.
Sənəddə prezidentliyə namizədlərin irəli sürülməsi və qeydiyyatı ilə bağlı prosedur və tələblərin tam və aydın şəkildə qanunda öz əksini tapdığı bildirilir. Vurğulanır ki, bəzi siyasi partiyalar istisna olmaqla qeydiyyata alınmış siyasi partiyaların əksəriyyəti prezident seçkilərində iştirak etmək istəklərini ifadə ediblər.
Hesabatda müxtəlif təşkilatlar tərəfindən seçkiöncəsi keçirilmiş sosioloji sorğuların nəticələri təhlil edilir. Sorğuların nəticələrinə istinad edən hesabat müəllifləri respondentlərin böyük əksəriyyətinin Azərbaycanda ictimai-siyasi vəziyyəti sabit kimi qiymətləndirib. Hesabat müəllifləri qeyd edirlər ki, digər müxalifət partiyalarını və birliklərini prezident seçkilərində iştirakdan çəkindirən əsas səbəb onların şansızlığının əvvəlcədən bəlli olması ilə bağlıdır. Ənənəvi boykotçu olan iki müxalifət və onların satellit təşkilatlarının seçkilərdə namizəd irəli sürməkdən imtinasının səbəbləri ekspert rəyləri ilə izah edilir. Göstərilir ki, əsas səbəb onların irəli sürəcəkləri namizədin əsas namizədlə rəqabət etmək imkanının olmaması ilə əlaqədardır.
GISDI seçkilərin keçirilməsi üçün mövcud hüquqi çərçivəni qiymətləndirərək xatırladır ki, Seçki Məcəlləsi Avropa Şurasının Venesiya Komissiyası, ATƏT/DTİHB və Beynəlxalq Seçki Sistemi Fondu (IFES) ilə sıx əməkdaşlıq nəticəsində 2003-cü ilin may ayında qəbul edilib.
Hesabat müəllifləri Azərbaycandakı seçki sistemi, Mərkəzi Seçki Komissiyasının fəaliyyəti haqqında da məlumat verirlər.
Hesabatda seçicilərin maarifləndirilməsi və səlahiyyətləri məsələlərinə də geniş yer ayrılır. Bildirilir ki, Mərkəzi Seçki Komissiyası (MSK) seçicilərin məlumatlılığının artırılması, məntiqli seçim etmək və səsvermə kimi mülki hüquqlarından istifadə etmək səlahiyyəti vermək məqsədilə müxtəlif layihələr həyata keçirib. MSK çoxsaylı çap materialları hazırlayıb və paylayıb, dövlət və özəl mediada radio və televiziya proqramları təşkil edib. Eyni zamanda, Youtube-da və digər sosial mediada bir sıra maarifləndirici qısametrajlı videolar yerləşdirilib. Seçki kampaniyası zamanı qeydə alınmış namizədlərə pulsuz efir vaxtı və nəşr üçün yer ayıracaq teleradio verilişləri təşkilatları və dövri nəşrlər müəyyən edilib. Televiziya və radioda təşkil edilən pulsuz efir vaxtından namizədlər özləri və ya nümayəndələri vasitəsilə istifadə edirlər. Hər hansı pozuntu qeydə alınmayıb.
Hesabatda bildirilir ki, namizədlərin seçicilərlə görüşləri üçün qanunvericiliyə uyğun olaraq ölkənin 70-dən artıq şəhər və qəsəbəsində yerli icra hakimiyyəti orqanlarının qərarları ilə xüsusi yerlər müəyyən olunub.
Aralıq hesabatında ümumiləşdirmələr aparılaraq bildirilir ki, ölkədə demokratik seçkilər keçirməyə tam yararlı, beynəlxalq standartlara uyğun hüquqi çərçivə mövcuddur. Seçkiqabağı mühit sabitdir, seçicilərin öz seçimini azad ifadə etmək, ədalətli və demokratik seçkilərin təşkili baxımından heç bir təhlükə yoxdur. Azad və demokratik seçkilərin keçirilməsi baxımdan ölkədəki makrosiyası mühit münbitdir.
GISDI 1990-cı ildə Bolqarıstanda təsis edilib. Bu təşkilat seçkilərin müşahidə olunması sahəsində ixtisaslaşıb və yaradıldığı vaxtdan indiyədək Bolqarıstanda müşahidə missiyalarını həyata keçirib. GISDI bir sıra beynəlxalq seçki müşahidə missiyalarında iştirak edib. Azərbaycanda isə 2003-cü ildən etibarən seçkiləri müşahidə edir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info