“Xocalı soyqırımının günahkarları Ermənistan rəhbərliyindədir”
Tarix: 04.04.2018 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


“Xocalı soyqırımının günahkarları Ermənistanın rəhbərliyindədir və hələ də azadlıqdadır”. Bunu “Vestnik Kavkaza” nəşrinə müsahibədə beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut deyib.
O deyib: “Mən həmişə “Jerusalem Post” qəzetində yazıram ki, Xocalı faciəsinin Avropadakı yəhudilərin faciəsindən fərqi ondadır ki, Holokostun baiskarlarının böyük hissəsi Nürnberq prosesindən sonra cəzalandırıldı. Mühakimə olunmayanlar isə İsrail kəşfiyyatı sayəsində cəzalandırılıb. Xocalı ilə bağlı vəziyyət fərqlidir. Bu gün Ermənistanın rəhbərliyində olan günahkarlar azadlıqda qalır və onlarda heç biri cəzasını almayıb. Bu, dəhşətlidir. Cinayətkarlar cəzalarını almalıdır. Təəssüf ki, beynəlxalq münasibətlərdəki ikili standartlar buna imkan vermir”.
A.Qut qeyd edib ki, İsraildə Xocalı faciəsi barədə bəhs olunan tədbirlər, “dəyirmi masalar” keçirilir:
“Heydər Əliyev Fondu bu məsələdə bizə çox kömək göstərir. 2013-cü ildə biz “Xocalı ili” keçirdik. “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində “Justice for Khojaly” fotosərgisi baş tutdu. Biz, Azərbaycandan gələnlər, bu faciəni öz gözümüzlə görmüşük. Ən dəhşətlisi odur ki, günahsız insanlar əziyyət çəkir. Yalnız azərbaycanlı olduqları üçün öldürülən uşaqlar, qocaların günahı nə idi?”.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Türkiyə KİV-ləri: 20 Yanvar faciəsi məqsədli şəkildə törədilmiş hərbi cinayətdir
21.01.2019
20 Yanvar hadisələri Özbəkistanda anılıb
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info