Prezident seçkilərini Türkiyə və Litva parlamentariləri müşahidə edəcək
Tarix: 04.04.2018 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini Türkiyə Böyük Millət Məclisindən beş nəfərlik heyət müşahidə edəcək. Azərbaycanın Ankaradakı səfirliyində fəaliyyət göstərən məntəqə seçki komissiyasının məlumatına görə, Ədalət və İnkişaf, Cümhuriyyət Xalq və Millətçi Hərəkat partiyalarından olan nümayəndə heyətinə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar başçılıq edəcək.
Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Baltik Assambleyasının prezidenti Valeriyus Simulikin başçılığı ilə bu ölkənin nümayəndə heyəti aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün ölkəmizə səfər edəcək. Bu barədə  Azərbaycanın Litvadakı səfirliyindən məlumat veriblər.
Müşahidəçilər qrupuna Avropa Şurası Parlament Assambleyasında Litvadan olan deputatlar Auşra Papirtiyene, Gintaras Vayçekauskas, Egidiyus Vareykis, Litva Mərkəzi Seçki Komissiyasının keçmiş sədri Zenonas Vayqauskas, habelə Litva Seymi sədrinin xarici siyasət məsələləri üzrə müşaviri Kesturis Kudzmanas daxildirlər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
28.11.2020
Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib
27.11.2020
“France-24” Füzulidən reportaj hazırladı – VİDEO
27.11.2020
ATƏT Qarabağda bundan sonra hansı rol oynaya bilər? - Təşkilatdan açıqlama
27.11.2020
Azərbaycan və İtaliya XİN rəhbərləri bölgədəki son vəziyyəti müzakirə ediblər
26.11.2020
Milli Məclisin Fransa Senatının qətnaməsi ilə bağlı etiraz bəyanatının tam mətni açıqlandı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
2 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
3 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
4 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
5 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info