“Azərbaycanda dövlət-din münasibətləri: tarixi baxış və müasirlik” adlı kitab nəşr edilib
Tarix: 04.04.2018 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Mübariz Qurbanlının “Azərbaycanda dövlət-din münasibətləri: tarixi baxış və müasirlik” adlı kitabı nəşr edilib.
Ön sözünün müəllifi Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev olan nəşrə Azərbaycanda dini sahə ilə bağlı müxtəlif mövzuları əks etdirən məlumatlar və müəllifin dövri mətbuatda çap olunan məqalələri daxil edilib. Kitabda Azərbaycanda ənənəvi dinlərin tarixindən, müstəqilliyimizin bərpasından sonra respublikada dövlət səviyyəsində milli-mənəvi dəyərlərimizin qorunması, din siyasətinin həyata keçirilməsi, dövlət-din münasibətlərinin formalaşması və inkişafı istiqamətində görülən işlər, mövcud dini durum barədə ətraflı izahlar verilib. Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən din siyasəti, ölkədə dini durumun nizama salınması sahəsində atılan addımlar, multikultural və tolerant dəyərlərimizlə bağlı məsələlər kitabda geniş təhlil edilib.
Nəşrdə, eyni zamanda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən ölkədə “İslam Həmrəyliyi İli” elan edilməsinə xüsusi diqqət ayırıb, onun tarixi-ictimai, ideoloji və beynəlxalq əhəmiyyətini şərh edib. Mühüm siyasi addım və qlobal humanizm aktı olan həmrəylik çağırışı istiqamətində geniş fəaliyyətə başlanılmasının nəinki respublikamız və bütün müsəlman ölkələri, bütövlükdə dünya üçün müstəsna əhəmiyyət daşıdığını vurğulayıb.
Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan kitabın dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində çalışan mütəxəssislərə, eləcə də dinşünaslara, siyasi şərhçilərə, gənc tədqiqatçılara faydalı olacağına ümidvarıq.


Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info