“30 il əvvəl Dağlıq Qarabağda baş verən hadisələrə Azərbaycanın ovaxtkı rəhbərliyi susurdu”
Tarix: 04.04.2018 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


"Mən 1990-ci ilin dekabrında Dağlıq Qarabağı tərk etmişəm. Həmin dövrə qədər Xankəndindəki bütün qanunsuz silahlı birləşmələr tərksilah edilmişdi".
Bunu Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) xüsusi vəziyyət rayonunun ilk komendantı, hazırda Rusiyada yaşayan general-mayor Vladislav Safonov Bakıda keçirdiyi mətbuat konfransında deyib.
 
Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə hazır olmadığını vurğulayan V. Safonov bildirib ki, onun şəxsi iştirakı ilə çox çətin vəziyyətdə sabitlik qorunub saxlanılıb və böyük toqquşmaların qarşısını almaq mümkün olub: "Həmin dövrdə Xankəndində qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar keçirilirdi.  Vilayətdə yaşayan ermənilər mənim həyata keçirdiyim işlərə əngəl törətmək istəyirdilər. Hər yerdə silahlı insanlar gəzirdi. Mən təxribatların baş verməsindən çox ehtiyat edirdim".
 
Rusiyalı general qeyd edib ki, münaqişənin alovlanmasına SSRİ-nin dağılması səbəb olub: "Sovet hakimiyyəti, o zamankı Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı gücsüzlük nümayiş etdirirdi. 30 il əvvəl Dağlıq Qarabağda baş verənlər qarşısında rəsmi Bakı, Azərbaycanın ovaxtkı rəhbərliyi susurdu. Onlar münaqişənin qarşısının alınması üçün əməli addımlar atmırdılar".
 
Qeyd edək ki, V. Safonov DQMV xüsusi vəziyyət rayonunun komendantı vəzifəsini 1988-ci ilin mayından 1990-cı ilin dekabrınadək icra edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info