Azad Rəhimov: “Foruma ev sahibliyi etməklə ölkəmiz yeni tarix yazacaq”
Tarix: 04.04.2018 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


Aprelin 4-də Bakıda Xüsusi Olimpiya Gənc Liderlərinin Qlobal Forumunun Azərbaycanda keçirilməsi ilə bağlı memorandum imzalanıb. Memorandumu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ilə Xüsusi Olimpiya Avropa və Avrasiya Hərəkatının prezidenti Devid Evangelista imzalayıblar.
Mərasimdə çıxış edən Azad Rəhimov Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını və bu foruma ev sahibliyi etməklə ölkəmizin yeni tarix yazacağını söyləyib. Nazir bildirib ki, cari il sentyabrın 24-28-də Xüsusi Olimpiya Gənc Liderlərinin Qlobal Forumu Bakıda keçiriləcək. Bu forum əqli və fiziki qüsurlu insanlara göstərilən diqqət və qayğının nümayişi olacaq. Forum özünü cəmiyyətdən kənarda hiss edən insanlara böyük ilham və güc verəcək. Forumda 30 ölkədən 300-ə yaxın gənc və orta yaşlı nümayəndə bir araya gəlməklə yeni eraya geniş və parlaq körpü salacaq. Xüsusi Olimpiya Hərəkatı bu il 50 illiyini qeyd edəcək.
Azərbaycanda olmaqdan qürur hissi duyduğunu deyən Devid Evangelista ölkəmizdə idmanın inkişafına və gənclərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib. Qeyd edib ki, Bakı bu misilsiz layihə üçün mükəmməl məkandır və onun mükəmməl irsi yaddaqalan olacaq. Qurumun 50 illiyinə həsr olunmuş bu tədbir böyük bir çağırışla yadda qalacaq. Ziyalıları, gənc liderləri, mədəniyyət xadimlərini inklüzivliyin təşviqi üçün gənclərin malik olduqları potensialdan tam istifadə etməyə çağırırıq.
Sonra Devid Evangelista təqdimatla çıxış edib. Tədbirdə Xüsusi Olimpiya Hərəkatının fəaliyyətindən bəhs edən videoçarx da nümayiş olunub.
Daha sonra Azərbaycan Xüsusi Olimpiya Təşkilatının prezidenti Şahin Əliyev və BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayev hər iki qurum arasında əməkdaşlığa dair müqaviləni imzalayıblar.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
Qeyd edək ki, beş gün ərzində keçiriləcək forum Azərbaycan Hökuməti tərəfindən dəstəklənir. Tədbir iştirakçı ölkələrdə cəmiyyətin haqqında danışılan sahəyə daha geniş və əhatəli diqqət ayrılması üçün böyük qüvvə və təkan olacaq. Forum Xüsusi Olimpiya Hərəkatı çərçivəsində gənclərin sosial layihələrinin başlanmasında yeni mərhələyə təkan verəcək. 1968-ci ildə əsası qoyulan Xüsusi Olimpiya Hərəkatının 5 milyona yaxın üzvü, 170 ölkədən tərəfdaşları var.
1990-cı ildə təməli qoyulan Azərbaycan Xüsusi Olimpiya Hərəkatı sıralarında bu gün müxtəlif yarışlara qatılan 5 minə yaxın idmançını birləşdirir.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info