Fərdi uçot sistemində əlavə olaraq 41 227 nəfər şəxsə fərdi şəxsi hesab açılıb
Tarix: 04.04.2018 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


Cari ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 41227 nəfər şəxsə fərdi şəxsi hesab açılıb.
Fərdi uçot sistemi ölkəmizdə 2006-cı ildən fəaliyyət göstərən müasir sığorta-pensiya sisteminin aparıcı komponenti olmaqla, hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasına, işləyən əhalinin əmək pensiyası və digər sosial müdafiə hüquqlarına malik olması üçün pensiya kapitallarını formalaşdırmasına şərait yaradır. Vətəndaşlar fərdi uçot sistemində qeydiyyata alınmaqla, onlara uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılır və bunu təsdiqləyən sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilir. Fərdi şəxsi hesablarda toplanan pensiya kapitalı barədə məlumat əldə etmək üçün isə Nazirliyin “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidməti əhalinin istifadəsindədir.
Ötən il iyulun 1-dən qanunvericilikdə qüvvəyə minən dəyişikliklər nəticəsində vətəndaşlara bank vasitəsilə fərdi hesablarına daha çox vəsait köçürməklə, pensiya kapitallarını və bununla gələcəkdə onlara təyin olunacaq pensiyaların məbləğini daha da artırmaq imkanı verilib.
Sosial sığorta sistemində aktiv iştiraka marağın getdikcə artması fərdi uçot sistemində fərdi şəxsi hesabı olanların sayının da çoxalmaqda davam etməsinə səbəb olur. Belə ki, 2018-ci ilin 01 aprel tarixinə sistemdə qeydiyyatda olan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 164 212 nəfər və ya 4,8 faiz artaraq 3 607 972 nəfərə çatıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info