“Qarabağ məsələsinin uzanması Azərbaycanın inkişafı üçün böyük maneədir”
Tarix: 04.04.2018 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


Makedoniya Türk Hərəkat Partiyasının sədri, Makedoniya-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Enes İbrahim Azərbaycan, Dağlıq Qarabağ probleminin uzanması və 11 aprel prezident seçkiləri ilə bağlı müsahibə verib.
-Enes bəy, Azərbaycan Balkanlar üçün hansı önəmi kəsb edir?
-Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan Respublikası istər siyasi, istərsə də enerji sahəsində önəmli strateji mövqeyə sahibdir. Son illər sürətlə inkişaf edən Azərbaycan dünyanın parlayan ulduz dövlətinə çevrilib. Bununla qürurlanmamaq, sevinməmək mümkün deyil. Təəssüf ki, Qarabağın işğalı, problemin hələ də həll olunmaması Azərbaycanın daha sürətli inkişafına əngəl yaradır. Məsələ həll olunarsa, Azərbaycan bölgədə inkişafını sürətləndirəcək. Qarabağ məsələsinin uzanması Azərbaycanın inkişafı üçün böyük maneədir. Bu azmış kimi, Qarabağda zaman-zaman atəşkəsin pozulması xəbərləri bizi üzür.
-Aprelin 11-də Azərbaycanda prezident seçkiləridir. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.
-Demokratiyanın ən əsas təməllərindən biri seçkilərdir. 11 aprel tarixi də Azərbaycan Respublikası üçün vacib bir gündür. Seçki qutusu istər Azərbaycan Respublikasının vətəndaşları, istərsə də dövlət üçün imtina edilməz amildir. Demokratiya mədəniyyətinin inkişafı üçün də hər vətəndaşın səs verməsi lazımdır. Nəzərə almaq lazımdır ki, bir ölkə üçün sabitlik önəmlidir. 11 aprel seçkilərindən sonra sabitliyin qorunub saxlanılması vacibdir.
-Bu yaxınlarda Azərbaycana bir neçə günlük səfərə gəlmişdiniz. Azərbaycanı necə gördünüz?
-Azərbaycan bu gün inkişaf edən dövlətdir. Seçkilərdən sonra Azərbaycan daha da böyüyərək Türk dünyasının parlayan ulduz dövləti olacağına inancım böyükdür. Bu günə qədər Azərbaycan-Makedoniya dövlətləri arasında mövcud olan dostluq əlaqəsi bundan sonra daha da möhkəmlənəcək.. Makedoniyada Türk toplumu iki dövlət arasındakı əlaqələrin qurulması və inkişafı üçün bir körpü rolu oynayır. Bu məsələni diqqətdə saxlamaq lazımdır. Onlar həm də Azərbaycanı Balkanlarda müdafiə edən güclü icmadır. Bundan əlavə, Makedoniya Respublikası Azərbaycan və azərbaycanlı iş adamları üçün Avropada körpü rolunu oynaya bilər. 11 aprel Prezident seçkiləri Azərbaycana, həmçinin bütün Türk dünyasına xeyirli olsun.
Elnur Eltürk




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
24.09.2018
Mühacirətdəki müxaliflərin dini təbliğat aparmalarının səbəbi nədir?
24.09.2018
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum olub
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info