Bakı Limanına Çin tərəfindən avadanlıqlar hədiyyə olunub
Tarix: 04.04.2018 | Saat: 21:28:00 | E-mail | Çapa göndər


Bakı Limanına Çin tərəfindən verilən liman avadanlıqları təqdim olunub.
AZƏRTAC xəbər verir ki, aprelin 4-də "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Əsas Yük Terminalında Çin Xalq Respublikasının İqtisadi və Texniki Mübadilə üzrə Beynəlxalq Mərkəzinin təqdim etdiyi 34 ədəd liman yükqaldırıcı və yüknəqledici avadanlıqlarının təqdimat mərasimi keçirilib. Ümumi dəyəri 3 milyon 867 min ABŞ dolları həcmində olan avadanlıqlar Azərbaycan və Çin hökumətləri arasında imzalanan qrant müqaviləsi əsasında Bakı Limanına təqdim olunub. Onların sırasına 16-sı 1,5 tondan 20 tona qədər yük aşıra bilən avtoyükləyicilər, 2 ədədi 45 tonluq teleskopik konteyner yükləyicisi, 3 ədədi 30 tonluq traktor üçün qoşqu, 1 ədədi 220 tonluq çətin relyefli kran və sair avadanlıqlar daxildir.
Tədbirdə çıxış edən Baş nazirin müavini Abid Şərifov qeyd edib ki, 26 illik diplomatik əlaqələrə malik Azərbaycanla Çin keçən il ən böyük ticarət dövriyyəsinə imza atıblar. Belə ki, 1,2 milyard dollara çatan ticarət əlaqələri bundan sonra da inamla artacaq: “Bu gün Çin hökumətinin təqdim etdiyi yeni texnika bütün növ və istənilən çəkidə yüklərin – konteyner və açıq yüklərin aşırılmasında Bakı Limanının işini həm sürətləndirəcək, həm də rahatlaşdıracaq. Hesab edirik ki, Çin hökumətinin bu hədiyyəsi, eyni zamanda, Azərbaycanın strateji “Kəmər - Yol” layihəsində oynadığı mühüm rola verilən bir dəyərdir”.
Çinin Azərbaycandakı səfiri Vey Cinhua vurğulayıb ki, son illər iki ölkə rəhbərliyi arasında mütəmadi səfərlərin baş tutması, əməkdaşlığa dair bir çox sənədlərin imzalanması iki ölkə münasibətlərinin inkişaf xəttini müəyyənləşdirib.
Səfir bildirib ki, Çin tərəfi Azərbaycanın Avrasiya nəqliyyat qovşağında xüsusi üstünlüklərə malik olmasına diqqət verir və Çin şirkətlərinin Azərbaycan tərəfi ilə nəqliyyat və logistika sayəsində əməkdaşlığa dəstək verir: “Bu gün Bakı Limanına təqdim olunan avadanlıqlar Azərbaycanın yük qəbuletmə potensialını daha da artıracaq, regionda ticarət və logistika mərkəzi rolunu möhkəmlədəcək”.
Səfir 2018-ci ilin mayın 8-11-də ilk dəfə Bakı şəhərində keçiriləcək Dünya Limanları Konfransının əhəmiyyətini vurğulayıb və bildirib ki, gələn il eyni tədbir Çinin Quanjou Limanında baş tutacaq.
Bakı Limanının baş direktoru Taleh Ziyadov qurumun əməliyyat sistemi, tətbiq olunan ən son texnoloji həllər barədə qonaqlara məlumat verib. T.Ziyadov vurğulayıb ki, “Kəmər - Yol” layihəsinin Azərbaycandan keçən Orta Dəhlizin inkişafı daha çox Çin şirkətinin yeni Bakı Limanının xidmətlərindən istifadəsini zəruri edəcək. Eyni zamanda, bu gün təqdim olunan texnika da limanın yükdaşıma əməliyyatlarının effektivliyini artıracaq.
Daha sonra yeni texnikaların təhvil-təslim edilməsi ilə bağlı aktı Baş nazirin müavini Abid Şərifov və Çinin ölkəmizdəki səfiri Vey Cinhua imzalayıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Aksam.com.tr”: “TANAP və TAP Yunanıstan sərhədində birləşdi”
21.11.2018
SOCAR “Türkmənistan-2018: neft və qaz” sərgisində iştirak edir
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info