Masallıda Aprel şəhidlərinin xatirələri anılıb
Tarix: 04.04.2018 | Saat: 21:29:00 | E-mail | Çapa göndər


Azərbaycan Ordusunun uğurlu Aprel döyüşlərindən iki il keçir. 2016-cı il aprelin əvvəllərində sarsıdıcı zərbə ilə Ermənistan ordusunun çoxlu canlı qüvvəsini və hərbi texnikasını itkiyə məruz qoyan Silahlı Qüvvələrimiz bir neçə düşmən postunu məhv edərək strateji yüksəklikləri azad etdilər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallıda Aprel döyüşlərinin ildönümü qeyd edilib, şəhidlərimizin anım mərasimləri keçirilib.
Aprel döyüşlərində şəhid olmuş Firdovsi Bağırzadənin doğulub boya-başa çatdığı Güllütəpə kəndində keçirilən anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil işçiləri, məktəblilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Kənd tam orta məktəbində keçirilən tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Güllütəpə kənd tam orta məktəbinin direktoru Qədir Muxtarov Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışıb.
Məktəbin müəllimi İlham Əsədov, təhsil şöbəsinin işçisi Vəli Ağayev, şəhidin qohumu Vaqif Mütəllimov, müəllim Rövşən Muxtarov, şəhidin əsgər yoldaşı Arif Tanrıverdiyev və başqaları Firdovsi Bağırzadənin göstərdiyi qəhrəmanlıqdan, ordumuzun cəbhədəki uğurlarından söz açıblar. Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi, Firdovsi Bağırzadənin də xatirəsi daim qəlbimizdə yaşayacaq.
Sonra məktəblilər Vətənə, şəhidlərimizə həsr olunan şeirlər söyləyib, səhnəciklər göstəriblər.
Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Güllütəpə kəndindəki mərkəzi küçəyə şəhid Firdovsi Bağırzadənin adı verilib.
Masallı rayonunun Kalinovka kəndində 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş müddətdən artıq xidmət edən hərbi qulluqçu Nurlan Əsgərlinin də ildönümü mərasimi keçirilib.
2016-cı ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin cəbhədə törətdikləri təxribatların qarşısını alarkən şəhid olmuş Nurlan Əsgərlinin xatirəsi onun doğulub boya-başa çatdığı Kalinovka kəndində anılıb. Tədbirdən öncə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova şəhidin valideynləri ilə görüşüb.
Şəhidin atası Bayram Əsgərov və anası Ziba Əsgərova ailəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Anım mərasimi Kalinovka kənd tam orta məktəbində davam etdirilib.
Tədbirdə çıxış edən kənd tam orta məktəbin direktoru Habil Qənbərov, kənd ərazi icra nümayəndəsi Alim Ələmov, şəhidin müəllimi Şəkər Əsgərova, təhsil şöbəsinin məsul işçisi Bəybala Xəlilov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşları Rəvan Nəsibov və Vüqar Əhmədov, şəhidin valideynləri və başqaları Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr endirməsindən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən danışıb, işğal altındakı torpaqlarımızın azad ediləcəyinə əminliklərini bildiriblər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info