Türkiyə, Rusiya və İran arasında Suriya razılaşması
Tarix: 05.04.2018 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında Suriya böhranının tənzimlənməsinə həsr olunan görüş keçirilib. Görüşdən sonra Türkiyə, Rusiya və İran prezidentləri Suriyada sülhə nail olunması istiqamətində əməkdaşlığın davam etdirilməsinə dair bəyanat imzalayıblar. Bəyanatda vurğulanır ki, Türkiyə, Rusiya və İran “İŞİD” və digər terror qruplaşmalarının tam məhv edilməsi üçün əməkdaşlığı davam etdirmək niyyətindədir: "Prezidentlər “İŞİD”, Cəbhət ən-Nusra və digər terror təşkilatları ilə əlaqəsi olan qruplaşmaların tam məhvinə nail olmaqda israrlıdırlar”.

Ərdoğan: "Türkiyə PYD/YPG-yə qarşı sona qədər mübarizə aparacaq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, "Fırat qalxanı" və “Zeytun budağı” əməliyyatları çərçivəsində Suriyada 4 min kv. km. ərazi terrorçulardan azad edilib. "Fərat qalxanı" əməliyyatı ilə azad edilən ərazilərə 160 min suriyalı qayıdıb. Türkiyə prezidenti deyib ki, ölkəsində 3 milyon suriyalı qaçqın var: “Tel-Rifat bölgəsini də suriyalılar üçün yaşanacaq hala gətirmək üçün Rusiya və İranla birgə əməkdaşlığa hazırıq. Türkiyə PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı sona qədər mübarizə aparacaq, o torpaqlardan bu terror təşkilatı təmizlənəcək. Suriyada “İŞİD” və PYD/YPG terror təşkilatları ilk baxışda bir-biri ilə savaşan kimi görünsə də, əslində bu terror təşkilatları bir-birinin yolunu açır. Əvvəlcə bir yerə “İŞİD” terror təşkilatı daxil olur, sonra guya “İŞİD”-i təmizləmək adı ilə ora PYD/YPG daxil olur”. Türkiyənin Suriya ilə 900 km sərhədi olduğunu xatırladan Ərdoğan Suriyada qeyri-sabitliyin Türkiyəyə təsirsiz ötüşmədiyini vurğulayıb: “Baş verən qarşıdurmalardan itirən Suriya xalqıdır. Suriya və bölgəmizin gələcəyinin 3-5 terrorçunun əsiri olmasına imkan verməyəcəyik. Beynəlxalq ictimaiyyəti Suriya böhranının siyasi yolla həllinə dəstək verməyə dəvət edirəm”.

Putin: “Bəziləri Suriyanı parçalamağa, uzun müddət davam edən münaqişə yaratmağa çalışır”

Rusiya prezidenti Vladimir Putin isə bildirib ki, Rusiya, Türkiyə və İran Suriyanın ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir: “Bəziləri Suriyanı parçalamağa, Orta Şərqdə uzun müddət davam edən münaqişə yaratmağa çalışır”. Putin deyib ki, Rusiya, Türkiyə və İran Astana prosesini davam etdirməyə qərar verib: “Bu proses sayəsində Suriyada “İŞİD” terrorçuları ciddi məğlubiyyətə uğradılıb, suriyalılar evlərinə dönməyə başlayıb. Suriya Milli Konqresi çərçivəsində əldə edilən razılıqlar da çox əhəmiyyətlidir. Suriyanın gələcəyini suriyalılar özləri təyin etməlidirlər”. Putin qeyd edib ki, Şərqi Qutada yüz minlərlə insanın xilas edilməsi ilə bağlı bənzəri olmayan xilasetmə əməliyyatı həyata keçirilib: “Rusiya şirkətləri Suriyada infrastruktur və digər iqtisadi layihələr həyata keçirməkdədir. Terrorçular kimyəvi maddələrdən silah kimi istifadə edirlər. Biz bu kimi hallara qarşı qətiyyətlə mübarizə aparmalıyıq”. Rusiya prezidenti Ankarada əldə olunan razılıqların Suriyada sülhün əldə edilməsinə töhfə verəcəyinə əmin olduğunu vurğulayıb.

İran prezidenti: “Suriyanın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi hər kəs tərəfindən qəbul edilməlidir”

İran prezidenti Həsən Ruhani qeyd edib ki, Suriyada terrorçular müasir silahlarla təmin edilib, Suriyanın neft resurslarını, muzeylərindəki qiymətli əsərləri satırlar. ABŞ-ı Suriya böhranının yaranmasında günahlandıran İran prezidenti deyib ki, Suriyada terrorizmlə mübarizə ilə bağlı 15 ay əvvəl Astanada bir prosesə start verilib: “Bu proses Suriyada dörd bölgədə atəşkəsin təmin edilməsinə səbəb oldu. Bu prosesdə Türkiyə, Rusiya və İran həlledici rol oynadı. Mən bu gün Suriya xalqının sülhə inamının dünənə nisbətən daha çox olduğunun şahidiyəm. Mən çox şadam ki, üç ölkənin prezidenti Ankarada ikinci zirvə görüşünü keçirdi. Üç ölkə Suriya xalqına yardım, məzlumlara yardım məsələsində eyni mövqedədir. Mən bu mövqedən daha çox razı qaldım. Suriya böhranının hərbi həll yolu yoxdur, hamımız birlikdə sülh yolunu dəstəkləməliyik. Biz Suriya xalqının evlərinə dönməsinə yardımçı olmalıyıq. İlk növbədə Suriyanın ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin hər kəs tərəfindən qəbul edilməsini istəyirik. Terrorizmlə mübarizə davam etməli, terrorçuların qalıqları Suriyadan çıxarılmalıdır”. H. Ruhani qeyd edib ki, Suriyanın gələcəyini Suriya xalqı müəyyən etməlidir: “Suriya xalqı şəffaf seçkidə öz gələcəyinə qərar verə bilər. Biz bu istiqamətdə səylərə dəstək verəcəyik”
Anar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info