Çin Bakı Limanına yeni avadanlıqlar göndərib
Tarix: 05.04.2018 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Bakı Limanına Çin tərəfindən verilən liman avadanlıqları təqdim olunub. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Əsas Yük Terminalında Çin Xalq Respublikasının İqtisadi və Texniki Mübadilə üzrə Beynəlxalq Mərkəzinin təqdim etdiyi 34 ədəd liman yükqaldırıcı və yüknəqledici avadanlıqlarının təqdimat mərasimi keçirilib. Ümumi dəyəri 3 milyon 867 min dollar həcmində olan avadanlıqlar Azərbaycan və Çin hökumətləri arasında imzalanan qrant müqaviləsi əsasında Bakı Limanına təqdim olunub.
Onların sırasına 16-sı 1,5 tondan 20 tona qədər yük aşıra bilən avtoyükləyicilər, 2 ədədi 45 tonluq teleskopik konteyner yükləyicisi, 3 ədədi 30 tonluq traktor üçün qoşqu, 1 ədədi 220 tonluq çətin relyefli kran və sair avadanlıqlar daxildir. Tədbirdə çıxış edən Baş nazirin müavini Abid Şərifov qeyd edib ki, 26 illik diplomatik əlaqələrə malik Azərbaycanla Çin keçən il ən böyük ticarət dövriyyəsinə imza atıb. Belə ki, 1,2 milyard dollara çatan ticarət əlaqələri bundan sonra da inamla artacaq: “Bu gün Çin hökumətinin təqdim etdiyi yeni texnika bütün növ və istənilən çəkidə yüklərin - konteyner və açıq yüklərin aşırılmasında Bakı Limanının işini həm sürətləndirəcək, həm də rahatlaşdıracaq. Hesab edirik ki, Çin hökumətinin bu hədiyyəsi, eyni zamanda Azərbaycanın strateji “Kəmər - Yol” layihəsində oynadığı mühüm rola verilən bir dəyərdir”. Çinin Azərbaycandakı səfiri Vey Cinhua vurğulayıb ki, son illər iki ölkə rəhbərliyi arasında mütəmadi səfərlərin baş tutması, əməkdaşlığa dair bir çox sənədlərin imzalanması iki ölkə münasibətlərinin inkişaf xəttini müəyyənləşdirib. Səfir bildirib ki, Çin tərəfi Azərbaycanın Avrasiya nəqliyyat qovşağında xüsusi üstünlüklərə malik olmasına diqqət verir və Çin şirkətlərinin Azərbaycan tərəfi ilə nəqliyyat və logistika sayəsində əməkdaşlığa dəstək verir: “Bu gün Bakı Limanına təqdim olunan avadanlıqlar Azərbaycanın yük qəbuletmə potensialını daha da artıracaq, regionda ticarət və logistika mərkəzi rolunu möhkəmlədəcək”. Səfir 2018-ci ilin mayın 8-11-də ilk dəfə Bakı şəhərində keçiriləcək Dünya Limanları Konfransının əhəmiyyətini vurğulayıb və bildirib ki, gələn il eyni tədbir Çinin Quanjou Limanında baş tutacaq. Bakı Limanının baş direktoru Taleh Ziyadov qurumun əməliyyat sistemi, tətbiq olunan ən son texnoloji həllər barədə qonaqlara məlumat verib. T.Ziyadov vurğulayıb ki, “Kəmər - Yol” layihəsinin Azərbaycandan keçən Orta Dəhlizin inkişafı daha çox Çin şirkətinin yeni Bakı Limanının xidmətlərindən istifadəsini zəruri edəcək. Eyni zamanda, bu gün təqdim olunan texnika da limanın yükdaşıma əməliyyatlarının effektivliyini artıracaq. Daha sonra yeni texnikaların təhvil-təslim edilməsi ilə bağlı aktı Baş nazirin müavini Abid Şərifov və Çinin ölkəmizdəki səfiri Vey Cinhua imzalayıb.

Ç in Azərbaycana dəyəri 60 milyon dollardan çox olan avadanlıq təqdim edib

Baş nazirin müavini Abid Şərifov jurnalistlərə açıqlamasında deyib ki, Çin ilə imzalanan qrant müqaviləsinə əsasən dəyəri 60 milyon dollardan çox olan avadanlıq Azərbaycana təqdim edilib. O bildirib ki, qrant müqaviləsinə uyğun olaraq növbəti illərdə də avadanlıqlar gətiriləcək. Qrant müqaviləsinin şərtlərinə görə yalnız Çində istehsal olunan avadanlıqlar ölkəyə gətirə bilər. Abid Şərifov qeyd edib ki, Çin hökuməti bu ilin iyul ayına qədər Avtomobil Yolları Dövlət Agentliyinə texniki avadanlıqlar təqdim edəcək. O bildirib ki, bunlara yol çəkilişində istifadə olunan avadanlıqlar daxildir. Son 3 ildə Çin hökuməti tərəfindən qrant ilə 150-dən çox məişət tullantıları, su daşıyan, kanalizasiya təmizləyən və sair maşınlar alınıb. Baş nazirin müavini deyib ki, Çin hökuməti ilə Azərbaycan hökuməti arasında imzalanan qrant müqaviləsinə əsasən Azərbaycanda məktəblərə 20 minə yaxın kompüter təqdim edilib: “Çin hökuməti ilə imzalanan qrant müqaviləsinə əsasən kənd təsərrüfatı, yol tikintisi və başqa sahələrə texniki avadanlıqlar təqdim olunub. Bununla bağlı qurumlar Nazirlər Kabinetinə müraciət ünvanlayır və bu müraciətlər dəyərləndirilərək Çin hökumətinə bildirilir. Bunun əsasında isə avadanlıqlar ölkəmizə gətirilir”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info