Bayılda məskunlaşan 97 ailəyə birdəfəlik kompensasiya verilməsi nəzərdə tutulub
Tarix: 05.04.2018 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Abid Şərifov bildirib ki, paytaxtın Bayıl zonasında məskunlaşan 97 ailəyə birdəfəlik kompensasiya verilməsi nəzərdə tutulub.
O bildirib ki, Bayıl zonasında yerləşən 97 evdən 6-sı artıq tamamilə dağılıb. Bu evlər orada yaşayan ailələrin köçürülməsindən 2 gün sonra dağılıb: “Ailələr zamanında köçürülməsə idi ağır faciənin şahidi ola bilərdik. Bayıl zonasında yerləşən 97 ev üçün birdəfəlik kompensasiyanın verilməsi nəzərdə tutulub. Kompensasiya kvadratmetrə görə hesablanacaq, lakin “Sovetski” adlanan ərazidəki kimi yox. Buna səbəb isə Bayıl zonasındakı 97 ev qanunsuz tikilib və sənədləri yoxdur. Buna görə də ödəniləcək vəsaitin miqdarı hazırda məlum deyil. Köçürülən ailələrə isə bu ilin sonunadək kirayə haqqı veriləcək”. Baş nazirin müavini qeyd edib ki, Nazirlər Kabineti 3 il əvvəl sürüşmə zonaları ilə bağlı qərar verib. İstər Abşeronda, istər Azərbaycanın başqa bölgələrində Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri tərəfindən sürüşmə zonaları müəyyən edilib və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib. Tapşırılıb ki, sürüşmə zonalarında, o cümlədən Bayıl zonasında tikinti aparmaq olmaz.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info