“Vaşinqtonun yaratdığı vassallıq sistemi uğursuzluğa uğrayıb”
Tarix: 05.04.2018 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


“Terrorçular Suriyanı tərk etməyə, Afrika və Asiya ölkələrinə axın etməyə başlayıblar. Afrikada terror fəallığı artır. Cihadçılar Asiya və Avropaya qayıdırlar. Nəticədə transsərhəd cinayətkarlığı artır”

Rusiya paytaxtında VII Beynəlxalq Təhlükəsizlik Konfransı keçirilir. Rusiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən və 2 gün davam edəcək konfransda Yaxın Şərqdəki təhlükəsizlik problemləri müzakirə olunur. Konfransın əsas mövzusu Suriyada terrorçuların məhv edilməsidir. Rusiya tərəfi “İŞİD”-lə mübarizədə təcrübəsini konfrans iştirakçıları ilə bölüşür. Yaxın Şərq regionundakı vəziyyətin bundan sonrakı inkişafı qiymətləndiriləcək.
Tədbirin gündəminə Avropa, Asiya, Afrika və Latın Amerikasında təhlükəsizlik məsələləri də daxil edilib. Tədbiri giriş sözü ilə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev açaraq prezident Vladimir Putinin konfrans iştirakçılarına məktubunu oxuyub.

“Koalisiyanın Suriyada məqsədi terrorçulara qarşı mübarizə olmayıb”
Daha sonra Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu çıxış edib. O, Rusiyanın Suriyada terrorçulara qarşı apardığı mübarizədən danışıb. Nazirin sözlərinə görə, ölkəsinin Suriyada keçirdiyi hərbi əməliyyatlardan sonra vəziyyət kökündən dəyişib: “Suriyanın terrorçular tərəfindən işğal olunan ərazilərinin çox hissəsi azad edilib. Terrorçulara böyük zərbə endirilib. Terrorçular Suriyanı tərk etməyə, Afrika və Asiya ölkələrinə axın etməyə başlayıblar. Afrikada terror fəallığı artır. Cihadçılar Asiya və Avropaya qayıdırlar. Nəticədə transsərhəd cinayətkarlığı artır”. Şoyqu Suriyada ABŞ-ın rəhbərlik beynəlxalq koalisiyanın mümkün məqsədini də açıqlayıb. Müdafiə naziri beynəlxalq koalisiyanın Suriyada əsas məqsədinin terrorçuları məhv etmək olmadığını söyləyib: “Güclü koalisiya qruplaşmasının terrorçuların öhdəsindən gələ bilməməsinə inanmaq çətindir. Görünür, onların məqsədi başqa olub. Məqsəd regionda vəziyyəti çətinləşdirmək və öz hərbi və iqtisadi mövcudluğunu möhkəmləndirmək olub”. Şoyqu Rusiya Hava Kosmik Qüvvələrinin əməliyyatlara başlamasından və İran, Rusiya və Türkiyənin iştirakı ilə həqiqi antiterror alyasının yaradılmasından sonra Suriyada vəziyyətin dəyişdiyini bildirib. O, “İŞİD”-in Suriya və İraqda darmadağın edilməsindən sonra terrorçuların digər regionlara axın etdiyini söyləyib.

“Məsələni yeni “Karib böhranı”na gətirib çıxarmaq olmaz”

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin konfransda çıxışı zamanı deyib ki, ABŞ, hətta öz ən yaxın müttəfiqlərinin maraqları ilə hesablaşmır: “Vaşinqtonun yaratdığı ABŞ-dan vassal asılılığı sistemi uğursuzluğa uğrayıb. Biz bu sistemin uğursuzluğa uğradığını görürük. Amerikalılardan, hətta ən yaxın müttəfiqləri belə, üz döndərməyə başlayıblar”. O, dünya nəhənglərinə çağırış da edib: “Dünya nəhəngləri beynəlxalq münasibətlərdə “stavkalar”ın yüksəlməsinə oynamalarını bitirməlidirlər. Məsələni yeni “Karib böhranı”na gətirib çıxarmaq olmaz”.

Bortnikov:
"Türkiyə terror aktının qarşısını almaqda bizə kömək edib"
Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov isə bildirib ki, Türkiyə Rusiya xüsusi xidmət orqanlarına terror aktının qarşısını almaqda kömək edib:
“Xüsusi xidmət orqanları xarici həmkarlarının sayəsində iki terror aktının qarşısını almağa nail olub. Bildiyiniz kimi, ötən il ABŞ-dan olan həmkarlarımız yeni il öncəsi Sankt-Peterburqda hazırlanan terror aktı barədə Rusiyanı xəbərdar etmişdilər. Həmin vaxt türkiyəli tərəfdaşlarımızdan aldığmız məlumat sayəsində daha bir terror aktının qarşısını almağa nail olunub. Bütün bunlar yüzlərlə mülki vətəndaşların həyatının qorunub saxlanılmasını mümkün edib. Bu, terrorla mübarizə sahəsində məsuliyyətli əməkdaşlığa nümunədir”. Rusiya FTX direktorunun sözlərinə görə, ötən il güc strukturları 25 terror aktının qarşısını alıb.

Patruşev:
“Bir sıra ölkələrin BMT-dən yan keçərək qanunsuz hərəkət etməsi cəhdləri sistemli xarakter alıb”

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev çıxışında bildirib ki, bir sıra ölkələrin BMT-dən yan keçərək qanunsuz hərəkət etməsi cəhdləri sistemli xarakter alıb. Onun sözlərinə görə, bir sıra ölkələr uydurulmuş bəhanələrlə qanunsuz və BMT-nin beynəlxalq münasibətlərdə mərkəzi birləşdirici rolunu saymadan hərəkət etməyə cəhd edirlər: “Belə hallar son illər sistematik xarakter alıb. Bu xətt, sözsüz ki, dünya düzənini destabilləşdirir, mövcud problemlərin həllinə maneə olur, müasir təhlükələrə və çağırışlara qarşı mübarizəni çətinləşdirir”. RF Təhlükəsizlik Şurasının katibi bir sıra ölkələrin dünya miqyasında “prokuror və hakim” roluna iddia etdiklərini də vurğulayıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır
18.09.2018
Suriyada Rusiyaya məxsus hərbi təyyarə itib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info