Azərbaycanda müxtəlif dinlərə mənsub insanlar sülh şəraitində yaşayır
Tarix: 01.06.2013 | Saat: 01:09:00 | E-mail | Çapa göndər


«Azərbaycan dünyada müxtəlif dinlərə mənsub olan insanların sülh şəraitində yaşadığı bir ölkə kimi tanınır». Bu barədə Azərbaycan Avropa Cəmiyyətinin sədri Taleh Heydərov Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan "Qlobal vətəndaşlıq: mədəniyyətlərarası fəaliyyətlərə doğru" sessiyasında çıxışı zamanı deyib.
O qeyd edib ki, mədəniyyət insanlararası münasibətlərin əsas amillərindən biridir. T.Heydərov vurğulayıb ki, Azərbaycanda islam və xristianlıq Azərbaycan cəmiyyətinin inkişafına birgə təsir göstərib: "Azərbaycan cəmiyyətində tolerantlıq mövcuddur və məhz buna görə də bugünkü tədbir Azərbaycanda keçirilir". T.Heydərov, həmçinin Azərbaycan yazıçı və şairlərinin Azərbaycan mədəniyyətində buraxdığı izlərdən danışıb. O, Nizami Gəncəvinin, Üzeyir Hacıbəyovun, Cəlil Məmmədquluzadənin və digər dahi Azərbaycan yazıçılarının əsərlərindən nümunələr gətirib. T.Heydərov qeyd edib ki, qloballaşma Azərbaycana təkcə mədəni sahədə deyil, həm də siyasi və sosial baxımdan da təsir edib: "Məhz Şərqdə ilk demokratik ölkə Azərbaycanda yaradılıb, ilk dəfə olaraq qadınlara səsvermə hüququ Azərbaycanda verilib. 1918-20-ci illərdə Azərbaycanda mədəniyyət qlobal vətəndaş ideyası formalaşdırmağa nail olub".
Tədbirdə çıxış edən Monteneqronun elm naziri Sanja Vlahoviç isə deyib ki, hər bir ölkə öz səylərini qlobal şəraitdə birləşdirməlidir: "Biz kiçik ölkəyik və resurslarımız çox məhduddur. Bu resurslardan elə istifadə etməliyik ki, öz enerjimizi təmin edək. Biz yeni texnologiyalarla bağlı layihələr həyata keçirmək istəyirik. Başlıca məqsədimiz cəhdlərimizi birləşdirməkdir. Əsas bilməliyik ki, birgə komandada işləmək nə deməkdir. Burada insanlar fikir mübadilələri aparırlar. Bizim qarşımızda duran məsələlər qlobaldır. Biz bu problemləri yalnız qlobal yanaşma sayəsində həll edə bilərik. Elimdə tədqiqat aparanda nəsə bir məqsədimiz olur. Bu məqsədə çatmaq üçün hesab edirəm ki, elmin mühüm rolu var".
XƏYALƏ




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info