“Özbəkistandakı soydaşlarımız 11 aprel seçkilərində aktiv iştirak edəcəklər”
Tarix: 05.04.2018 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


Mais İbadov:
“Sevindirici haldır ki, ölkədə baş verən ictimai-siyasi proseslərə idmançılar da biganə qalmırlar”

Özbəkistanda və Azərbaycanda tanınmış güləşçi, diaspor sahəsində də aktiv fəaliyyət göstərən Mais İbadov güləş üzrə yığma komandanın təlim-məşq toplantısında iştirak etmək üçün Vətənə gəlib. Mais İbadov 11 aprel prezident seçkiləri ilə bağlı fikirlərini “Palitra”ya bildirdi: “Azərbaycanın sürətli, dinamik inkişafı bütün digər sahələrdə olduğu kimi, idman sahəsində də özünü göstərib.
Dövlətin xüsusi diqqət və qayğısı sayəsində ölkəmiz beynəlxalq aləmdə həm də idman ölkəsi imicini qazanıb. Güləş idman növünə diqqət və qayğının nəticəsində Azərbaycan güləşçiləri mötəbər beynəlxalq yarışlarda Dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında daima ən yüksək pillələrdə qərarlaşır, bayrağımızı yüksəldir, himnimizi səsləndirirlər. Sevindirici haldır ki, ölkədə baş verən ictimai-siyasi proseslərə idmançılar da biganə qalmırlar. Bu günlərdə Azərbaycan Güləş Federasiyasında yığma komandaların məşqçi və idmançılarının iştirakı ilə seçkiöncəsi toplantı keçirilib. AGF-nin 1-ci vitse-prezidenti Firdovsi Umudovun rəhbərliyi ilə keçirilən görüş zamanı güləşçilərimiz aprelin 11-də keçiriləcək prezident seçkilərində fəal iştirak edəcəklərini bildiriblər”.

“Avropada Azərbaycan dövlət rəhbərliyinə qarşı qarayaxma aparanların bu əməllərini pisləyirik”
Mais İbadovun sözlərinə görə, bu gün ölkəmizdə xalqla iqtidar arasında sarsılmaz və əbədi birlik mövcuddur: “Məhz bu birliyin sayəsində Azərbaycana qarşı qarayaxma kampaniyası aparan bütün qüvvələr daima məğlubiyyətə düçar olublar. Bundan sonra da onlar öz çirkin niyyətlərinə çata bilməyəcəklər. Çünki onlar hər zaman yalan və iftira dolu çıxışlar edirlər. Elə son olaraq millət vəkili Adil Əliyevin Almaniyanın Köln şəhərində keçirdiyi tədbirdə də biz bunu açıq-aydın gördük. Söyüş kampaniyasının üzvləri bu tədbirlə bağlı əsassız xəbərlər yaydılar. Hansı ki, bunların heç biri doğru deyildi. Onların məqsədi təxribat yaratmaq idi, amma istəklərinə çata bilmədilər. Vətəndən uzaqda olsaq da, biz də Avropada Azərbaycan dövlət rəhbərliyinə qarşı qarayaxma aparanların bu əməllərini pisləyirik”.
Mais İbadov Azərbaycandakı seçkiöncəsi vəziyyəti yüksək qiymətləndirdi: “Azərbaycanda çox gözəl seçki ab-havası var. Seçkiqabağı vəziyyət sabitdir. Namizədlər seçki kampaniyasını sakit məcrada qanun çərçivəsində aparırlar. Seçkiləri tam işıqlandırmaq üçün xarici media nümayəndələri qeydiyyata alınır. Yerli və beynəlxalq müşahidəçilər üçün şərait yaradılır. Artıq müxtəlif beynəlxalq təşkilatların müşahidə missiyaları seçki prosesini izləyirlər. Seçkilərdə namizədlərə bərabər imkanların təmin olunması, təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsi üçün əlverişli mühitin formalaşdırılması da prosesin demokratikliyini və ədalətli olacağını göstərir”.

“11 apreldə səsvermədə iştirak edib inandığımız namizədə səs verəcəyik”
Mais İbadov Özbəkistandakı soydaşlarımızın da 11 aprel seçkilərində aktiv iştirak edəcəklərini bildirdi: “Azərbaycanda azad, demokratik və şəffaf seçkilərin keçirilməsi üçün hər cür şərait mövcuddur. Bununla yanaşı, Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında da prezident seçkilərinin təşkili məqsədilə gücləndirilmiş rejimdə zəruri tədbirlər görülməkdədir. Bu seçkilərlə bağlı Özbəkistandakı səfirliyimizdə də hazırlıq işləri davam edir.
Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev səfirlikdə yaradılan məntəqə seçki komissiyasının sədridir. Özbəkistanda yaşayan və işləyən Azərbaycan vətəndaşlarının sərbəst şəkildə səs vermələri üçün səfirlikdə hər bir şərait yaradılıb. Biz də 11 apreldə səsvermədə iştirak edib inandığımız namizədə səs verəcəyik”.
Xatırladaq ki, Mais İbadov güləş üzrə Azərbaycan və SSRİ çempionu olub. Beynəlxalq klassifikasiyalı idman ustasıdır. 1994-cü ildən Özbəkistanda yaşayır. Professional səviyyəli yarışlarda Özbəkistan Respublikasının şərəfini qoruyub. 2001-2004-cü illərdə Özbəkistanın Polis Akademiyasında təhsil alıb. 3 qat dünya çempionudur. Hazırda veteranlardan ibarət yığma komandada iştirak edir. Həmçinin Özbəkistanda Azərbaycanla bağlı keçirilən tədbirlərə də qatılır.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info