Vikipediyada Aprel döyüşlərinin ildönümü münasibəti ilə məqalələr yaradılıb
Tarix: 05.04.2018 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən Aprel döyüşlərinin ildönümü münasibəti ilə məqalələr yaradılıb.
Azərbaycanca Vikipediyada yerləşdirilmiş məqalələr 2016-cı il Aprel döyüşlərində fədakarlıq göstərmiş hərbçilərimizə həsr olunub. Məqalələrdə hərbi şücaətinə görə orden və mükafatlarla təltif edilmiş Azərbaycan ordusunun ehtiyatda olan hərbçiləri – polkovnik-leytenant Elşən Qarayev, kapitan Əliağa Zeynalov, xüsusi təyinatlılar Ülfət Həsənov və Eşqin Hüseynov, İlqar Babayev və Natiq Mehdiyev haqqında məlumatlar yerləşdirilib. Həmin məlumatlarla ətraflı şəkildə tanış olmaq üçün aşağıdakı linklərə daxil ola bilərsiniz:
https://az.wikipedia.org/wiki/El%C5%9F%C9%99n_Qarayev
https://az.wikipedia.org/wiki/%C4%B0lqar_Babayev#H%C9%99rbi_xidm%C9%99t_ill%C9%99ri
https://az.wikipedia.org/wiki/%C3%9Clf%C9%99t_H%C9%99s%C9%99nov
https://az.wikipedia.org/wiki/E%C5%9Fqin_H%C3%BCseynov#M%C3%BCkafatlar%C4%B1
Qeyd edək ki, MEK Aprel döyüşlərində şəhid olan hərbiçilərimizin siyahısını, onlar haqqında məlumatları Azərbaycan Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edib. MEK eyni zamanda Azərbaycanın Milli Qəhrəmanlarının, Qarabağ döyüşlərində, Əfqanıstan müharibəsində həlak olmuş azərbaycanlıların siyahısını da MRY bazasına daxil edib. MRY layihəsi Azərbaycana aid informasiyanı idarə oluna və əlaqələndirilə bilən strateji resursa çevirmək, informasiya müharibəsində üstünlük qazandıran təsirli silah formalaşdırmaq məqsədilə reallaşdırılır. Məqsəd Azərbaycanın qədim mədəniyyəti, tarixi, bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək, yerli və dünya oxucusunun, tədqiqatçılarının istifadəsinə verməkdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb
18.09.2020
Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
17.09.2020
Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
17.09.2020
Gələcəkdə fəxri ad alan şəxslərin üzərinə müəyyən öhdəliklər qoyula bilər
17.09.2020
Qeyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
3 Azərbaycan-Özbəkistan arasında xalq simli musiqi alətləri ifaçılarının ilk onlayn – müsabiqəsi
4 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
5 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info