MEK-ə yeni kitablar daxil olub
Tarix: 05.04.2018 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) erməni terrorizmindən bəhs edən “Erməni terrorçularının və erməni bandit qruplaşmalarının insanlıq əleyhinə cinayətləri (XIX-XXI əsrlər)” və “Rus və erməni mənbələri işığında erməni problemi və meydana çıxma prosesi” adlı 1678-1914 və 1915-1923-cü illəri əhatə edən iki cildlik yeni kitablar daxil olub.
“Rus və erməni mənbələri işığında erməni problemi və meydana çıxma prosesi” adlı 1678-1914 və 1915-1923-cü illəri əhatə edən iki cildlik kitabının müəllifi Türkiyə Cümhuriyyəti Prezidentinin müşaviri, tarixçi alim, professor Seyyit Sertçelikdir. Kitab Türkiyə Cümhuriyyətinin milli neft şirkəti “Türkiyə Petrolları” şirkəti tərəfindən Azərbaycan dilində nəşr edilərək MEK-ə təqdim olunub.
Mərkəzin Elmi Kitabxanasından redaksiyamıza verilən məlumata əsasən “Erməni terrorçularının və erməni bandit qruplaşmalarının insanlıq əleyhinə cinayətləri (XIX-XXI əsrlər)” kitabının ideya müəllifi AMEA İnsan Hüquqları İnstitutunun mərhum direktoru, siyasi elmlər doktoru Rövşən Mustafayevdir. Beynəlxalq terrorizm qurbanlarının xatirəsinə ithaf olunmuş kitabı Azərbaycan və Türkiyə türklərinə qarşı erməni terrorizminin qısa xronoloji ensiklopediyası adlandırmaq mümkündür. Kitabda XIX əsrdən başlayaraq bu günə qədər davam edən erməni vandalizmi, Cənubi Qafqazda və Anadoluda ermənilər tərəfindən türklərə qarşı törədilmiş soyqırımların miqyası və statistikası haqqında sənədlər və məlumatlar təqdim edilib. İngilis və rus dillərində nəşr edilən kitab beynəlxalq terrorizmə qarşı mübarizədə ciddi əhəmiyyətə malikdir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info