“Məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi prosesinə başlanılıb”
Tarix: 05.04.2018 | Saat: 21:19:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq sahibkarlığın inkişafının dəstəklənməsinə yönələn tədbirlər sırasında məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsini də xüsusi qeyd etmək olar. Artıq bu prosesə başlanılıb. Proses çərçivəsində özəl sektorun müxtəlif sahələrində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borclardan ibarət 155,3 milyon manata qədər borcun tam olaraq silinməsi, eləcə də 26,7 milyon manatadək borcun ödəniləcək hissəsinə müvafiq olaraq qalan hissəsi üzrə borcun silinməsi təmin ediləcəkdir ki, bu da özəl sektorun dəstəklənməsində növbəti böyük addımdır.
Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) nümayəndələri ilə görüşü zamanı jurnalistlərə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, bu baxımdan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun qəbul olunması və cari il aprelin 1-dən qüvvəyə minməsi xüsusi əhəmiyyət kəsb edir: “Həmin Qanuna uyğun olaraq, məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair təlimati məktub hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq yerli şöbələrinə göndərilib. Həmin proses çərçivəsində məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş borclar və məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış penyalar üzrə 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış borclar tam məbləğdə silinəcəkdir. Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış penyalar üzrə 2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinədək yaranmış borcların müəyyən hissəsi ödənilməklə, qalan hissənin silinməsi təmin ediləcəkdir.”.
S.Müslümov diqqətə çatdırıb ki, bu proses eyni zamanda elə nəzərdə tutulub ki, vətəndaşların pensiya təminatına da mənfi təsir göstərməsin. Çünki 2017-ci ilin 01 iyul tarixindən pensiya qanunvericiliyinə edilmiş dəyişikliklərə əsasən hazırda pensiyanın məbləği yalnız fərdi şəxsi hesabda toplanan sosial sığorta haqlarının ümumi məbləğinə, yəni pensiya kapitalına uyğun təyin olunur. Ona görə də bu borcların silinməsi və tənzimlənməsi elə aparılmalıdır ki, fərdi şəxsi hesablarda toplanan pensiya kapitalına mənfi təsir göstərməsin. Bu baxımdan hər iki tərəfin, həm işəgötürənlərin, həm də işçilərin maraqları nəzərə alınmalıdır.”

Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info