“Özünüməşğulluq proqramında iştirak edəcək şəxslərdən 2 min nəfərdən çoxu təlim kurslarını başa çatdırıb”
Tarix: 05.04.2018 | Saat: 21:20:00 | E-mail | Çapa göndər


Cari ildə də özünüməşğulluq proqramının işrası işləri müvafiq qrafik əsasında davam etdirilir. Bu il həmin proqramda iştirak edəcək şəxslərdən artıq 2 min nəfərdən çoxu bununla əlaqədar ilkin mərhələ olaraq təlim kurslarını başa çatdırıb və hazırda biznes-planlarının hazırlanması işlərini aparırlar. Bu barədə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) nümayəndələri ilə görüşü zamanı jurnalistlərə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, sonrakı mərhələdə kursları bitirmiş şəxslərin özünüməşğulluq proqramı çərçivəsində fərdi təsərrüfatlarını qurmaq istədikləri iqtisadi fəaliyyət növü üzrə bilik və bacarıqlarının, hazırladıqları biznes-planların qiymətləndirilməsi aparılacaq: “Qiymətləndirmənin nəticələrinə əsasən onlar kiçik ailə təsərrüfatlarını qurmaları üçün aktivlərlə təmin olunacaqlar. Yaxın vaxtlarda bu il proqrama cəlb olunacaq digər şəxslər üçün təlim kurslarına da başlanacaq”.
S.Müslümov özünüməşğulluq proqramının icrası işlərinin işsizlikdən sığorta fonduna toplanan vəsaitlər hesabına həyata keçirildiyini bildirib: “İlkin məlumatlara görə, cari ilin ilk üç ayı ərzində işsizlikdən sığorta fonduna daxil olan işsizlikdən sığorta vəsaitlərinin məbləği təqribən 12 milyon manatdan çoxdur. Sonrakı aylar üzrə işsizlikdən sığorta fonduna daxilolmaların tədricən artacağı da gözlənilir. Ümumilikdə daxilolmaların səviyyəsi demək olar ki, bizim proqnozlarımıza uyğundur”.
Xatırladaq ki, ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunmuş aktivlər hesabına 1200-dək kiçik ailə təsərrüfatı yaradılıb. Həmin təsərrüfatlar aztəminatlı ailələrin əmək qabiliyyətli ailə üzvlərinin özünüməşğulluğuna, beləliklə də öz zəhmətləri ilə ailə gəlirlərini artırmalarına, aztəminatlı ailələrin yoxsulluqdan kiçik ailə biznesinə çıxışına imkan verib.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info