“Prezident seçkiləri Azərbaycanın demokratik inkişaf yolunda qazandığı uğurların daha bir göstəricisi olacaq”
Tarix: 05.04.2018 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


Uğurlu siyasət nəticəsində Azərbaycan müasir, dinamik inkişaf edən, çoxsaylı dövlətlərin etimad və hörmətini qazanan ölkəyə çevrilib. Bu fikri sechki-2018.az saytına açıqlamasında İsrailin Beynəlxalq İnsan Hüquqları Komitəsinin səlahiyyətli nümayəndəsi Eli Naxt söyləyib.
O bildirib ki, aprelin 11-də keçiriləcək prezident seçkiləri ölkənin demokratik inkişaf yolunda qazandığı uğurların göstəricisi olacaq: “Prezident seçkilərindən sonra ölkədəki sabitlik daha da möhkəmlənəcək”.
 Azərbaycan-İsrail əlaqələrindən danışan E.Naxt deyib: “İki ölkə arasında münasibətlərin strateji əhəmiyyəti yalnız ABŞ-İsrail münasibətləri ilə bərabər tutula bilər: “Ölkələrimizin rəhbərliyi arasında da yaxşı qarşılıqlı anlaşma mövcuddur. Bu gün İsaril ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 5 milyard dollara çatıb, eyni zamanda, hərbi strateji maraqları, həmçinin Azərbaycandakı yəhudi icmasına xoş münasibəti xüsusi qeyd etmək istərdim. Təcrübə göstərir ki, müəlman ölkələrində, xüsusilə də keçmiş Sovet İttifaqi ölkələrində sabitliyin qarantı güclü idarəetmədir. İsrail üçün isə, xüsusilə də qonşu dövlətlərlə münasibətdə sabitlik çox vacibdir”.
O qeyd edib ki, Azərbaycanın sülhpərvər və müstəqil siyasəti mövcud coğrafi məkanda sabitliyin əsas elementidir: “Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir. Bu seçkilər inkişafın davamı üçün olduqca böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri yaşayır. 11 aprel seçkilərinin nəticələri, eyni zamanda, bu tolerant mühitin möhkəmlənməsi üçün vacibdir”.




 
Bölməyə aid digər xəbərlər
29.11.2020
Rus sülhməramlıları Qarabağda 5 il qalası deyil…
28.11.2020
Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib
27.11.2020
“France-24” Füzulidən reportaj hazırladı – VİDEO
27.11.2020
ATƏT Qarabağda bundan sonra hansı rol oynaya bilər? - Təşkilatdan açıqlama
27.11.2020
Azərbaycan və İtaliya XİN rəhbərləri bölgədəki son vəziyyəti müzakirə ediblər

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
2 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
3 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
4 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
5 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info