Ermənilər Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasını istəmirlər
Tarix: 06.04.2018 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Rusiyalı politoloqlar son rus-türk danışıqlarına istinadən Qarabağ məsələsinə münasibət bildiriblər. Erməniləriin «168 jam» nəşri, təbii ki, rusiyalı politoloqların dediklərini məhz elə erməni təxəyyülü ilə də öz oxucularına çatdırmağa çalışıb.
Hazırkı şəraitdə Türkiyənin dəyərinin yüksək olduğunu yazan «Panorama.am» erməni saytı, Ankaranın Qarabağ məsələsi ilə bağlı Rusiyadan bəzi güzəştlər əldə etməyə çalışacağını yazsa da, oxucusuna ötən müddət ərzində Rusiya-Türkiyə danışıqlarında əmələ gələn çətinliklər bərədə xəbər verməyi də unutmur. Amma Ermənistanın Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsinin təşkili çərçivəsində Rusiyanın strateji tərəfdaşı olduğunu da xatırladır.
Sayt rusiyalı türkoloq Viktor Nadein-Raevskinin «Rusiya həmişə dostlarını dəyərləndirir və ən çətin anlarda dostlarını dəyərləndirir, xeyrinə qərar verir»-fikirləri ilə ermənilərə bir növ təsəlli verir. «Panorama.am» Raevskinin Ankarada Vladimir Putinlə Ərdoğan arasında keçirilən Rusiya-Türkiyə görüşünü “yüksək səviyyəli görüş” kimi dəyərləndirməsini qısqanclıqla da olsa, etiraf etmək zorunda qalır. Bütün bunlara baxmayaraq, sayt rusiyalı politoloq Aleksey Malaşenkonun fikirlərinə istinadən yazır: «Hazırda Rusiya diplomatlarının "Skripal işi" səbəbindən Qərb ölkələrindən çıxarılmasına rəğmən, Türkiyə Moskvanın xoşagəlməz vəziyyətindən istifadə etməyə çalışa bilər. Malaşenko iki dövlət rəhbərləri arasında aparılan müzakirələdə Türkiyənin Qarabağdakı vəziyyətlə bağlı azərbaycanlıların xeyrinə qərar çıxara biləcəyinə cəhd etməsini də istisna etməyib». Ermməni saytı Aleksey Malaşenkonun dediklərinə istinadən yazır: «Vasitəçilik edən Rusiya Qafqazdakı sonuncu tərəfdaşlarını itirmək istəməz. Rusiya həmişə bölgədəki diplomatik fəaliyyəti ilə hərbi əməliyytların qarşısını almağa, sülhün bərpasına çalışıb. Bu gün bu ərazilərdə müharibənin başlaması, Rusiyanın dostlarla əlaqələrinin pisləşməsi Moskvaya o qədər də sərf eləmir».
Ermənilərin Rusiya -Türkiyə yaxınlaşmasından narahat olmaları təsadüfi deyil. Onlar illərlə çalışıblar ki, bu iki region dövlətinin münasibətləri daim gərgin olaraq qalsın. Ermənilər qorxurlar ki, Rusiya-Türkiyə əlaqələri daha da dərinləşsə, Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll oluna bilər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Baltik ölkələrində yeni bank qalmaqalı yaşanır
21.02.2019
Nazarbayev hökuməti istefaya göndərib
21.02.2019
“The Washington Post”: “Pentaqon Suriyanın şimalında bufer-zona yaradılması ilə bağlı plan hazırlayıb”
21.02.2019
Mayk Pompeo RUA telekanalına müsahibә verdi
20.02.2019
Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info