“BMT qaydalarına hörmət etməyən ölkələrdən multikulturalizmə hücumlar var”
Tarix: 06.04.2018 | Saat: 01:21:00 | E-mail | Çapa göndər


Miroslav Lajçak: “BMT həlli uzanan münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdır”

ADA universitetində "Çoxtərəfli əməkdaşlığın hazırkı durumu mövzusunda" tədbir keçirilib. Tədbirdə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev, BMT-nın Azərbaycandakı nümayəndəsi Qulam İshaqzai, eləcə də digər rəsmi şəxslər, səfirlik nümayəndələri, habelə ADA universitetinin tələbə-müəllim heyəti iştirak edib. Tədbiri ADA universitetinin rektoru Hafiz Paşayev açıb. Sonra çıxış edən Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Lajçak multikulturalizmin əhəmiyyətindən söz açıb və bildirib ki, multikulturalizm milli fəaliyyətləri və mövqeləri koordinasiya edərək ortaq məqsədlərə nail olmağın yoludur: "Həm də ortaq çətinliklərə ortaq həll yolu tapmağa imkan verir. BMT unikaldır, çünki multikultural forumdur. Mən bilirəm ki, BMT-nin bütün çətinliklərə cavab vermək üçün kifayət qədər mexanizmi var. İndi multikulturalizmə tələb çoxdur. BMT-nin norma, qaydalarına hörmət etməyən ölkələrdən multikulturalizmə qarşı hücumlar var. Multikulturalizmi inkişaf etdirməliyik. Bu yaxşı sistemdir, buna bizim ehtiyacımız var".
BMT Baş Assambleyasının bu il üçün əsas prioritetlərini sadalayan M. Lajçak deyib ki, bunlardan birincisi münaqişələrin qarşısının alınmasıdır: "BMT-də cəhdlərimizi münaqişələrin qarşısını almağa fokuslamalıyıq. İkinci prioritet məsələ miqrasiya problemidir. Miqrasiyanın pozitiv aspektlərini vurğulamalıyıq. Üçüncü prioritetimiz davamlı inkişafın nailiyyətlərinin həyata keçirilməsini davam etdirməkdir. Dördüncü prioritet insan hüquqları və insan ləyaqəti, beşinci isə islahatlardır. Əgər sistemi gücləndirmək istəyiriksə, multikulturalizmi dəstəkləməliyik. Dialoq sayəsində ortaq maraqlarımızı artırmalıyıq. BMT-ni insanlara yaxınlaşdırmalıyıq. İnsan həyatını inkişaf etdirmək üçün hər şey edirik. İnsanlar bunu qiymətləndirəcək deyə əmin olmalıyıq. Hər birinizə çağırış etmək istəyirəm ki, hər ölkənin maraqlarını müdafiə etmək üçün multikulturalizmdən başqa yaxşı yol yoxdur. Hər birimiz sülh şəraitində, pozitiv inkişaf edən, insan hüquqlarına hörmət edilən ölkədə yaşamaq istəyirik. Bunun üçün BMT kimi universal platformaya ehtiyac duyuruq. Heç bir beynəlxalq platforma BMT-ni əvəz edə bilməz. İndi qlobal atmosfer çox çətindir. Bir otaqdayıqsa, bir-birimizlə dalaşmaq yerinə hamı üçün qəbul edilən nəticə əldə etməyə çalışmalıyıq. Beynəlxalq qaydalarla oynamalı və hər kəsdən bunu tələb etməliyik. Bir-birimizi dinləməyi bacarmalıyıq". Miroslav Layçak deyib ki, Dağlıq Qarabağ məsələsi sizin üçün böyük ağrıdır: “Bundan çox yaxşı xəbərdaram". O xatırladıb ki, problemin həlli ilə Minsk qrupu məşğul olur: "Bu sahədə aktivlik görə bilərik. Əldə edilən nəticələri inkişaf etdirməliyik. Minsk qrupunun bu problemi həll etməyi bacarıb-bacarmadığına gəldikdə isə, bununla bağlı nəsə deyə bilmərəm". Layçak qeyd edib ki, BMT həlli uzanan münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdır.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info