Estoniyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirilib
Tarix: 06.04.2018 | Saat: 01:27:00 | E-mail | Çapa göndər


Tallinn şəhər uşaq bağçasında Azərbaycan Xalq Cümhuriyyətinin və Estoniya Respublikasının 100 illik yubileylərinə həsr olunan tədbir keçirilib. Tədbirdə çıxış edən bağçanın direktoru Aide Vare uşaqların ölkələrimizin tarixi haqqında məlumatlandırılmasının önəmini qeyd edib. Estoniyada fəaliyyət göstərən “Orhan” Bazar Günü Məktəbinin rəhbəri, “Ocaq” radioverilişinin baş redaktoru və aparıcısı Sənəm Əliyeva Azərbaycan Xalq Cümhuriyyəti, 31 mart – Azərbaycanlıların Soyqırımı Günü haqqında ətraflı məlumat verib. Sonra böyük tarixçi və yazıçı, vaxtilə Azərbaycanda fəaliyyət göstərmiş Kersti Kivirüüt Bakı Eston Cəmiyyəti haqqında fikirlərini bölüşüb, Azərbaycana həsr etdiyi “Küləklər şəhəri” romanı barədə sualları cavablandırıb. Tədbir Estoniyada yaşayan xalçaçı rəssam Rövşən Quliyevin ustad dərsi ilə davam etdirilib. Sonda “Orhan” Bazar Günü Məktəbinin şagirdlərinin ifasında “Sarı gəlin” rəqsi ifa olunub. Qeyd edək ki, tədbir Estoniya Mədəniyyət Nazirliyi və İnteqrasiya Fondunun dəstəyi ilə keçirilib.




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
“Exit-poll” Ukraynanın Ali Radasına yer qazanan partiyaların adını açıqlayıb
21.07.2019
Ukraynanın yeni Baş Naziri müstəqil və peşəkar iqtisadçı olmalıdır
21.07.2019
Gürcüstanda polislə oğrular arasında atışma olub
21.07.2019
Ukraynada nöbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə gedir
20.07.2019
Cari ilin birinci yarısında Gürcüstanda 150-yə yaxın insan itkin düşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info