Biləsuvarda Aprel şəhidlərinin xatirəsi anılıb
Tarix: 06.04.2018 | Saat: 01:29:00 | E-mail | Çapa göndər


Biləsuvarda 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş gənclərin xatirəsinə həsr olunmuş “Aprel şəhidləri tariximizin şanlı səhifəsidir” adlı tədbir keçirilib. Tədbirdə Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov çıxış edərək bildirib ki, Aprel döyüşlərində Biləsuvardan olan gənclər də öz igidlikləri, şəxsi şücaət və rəşadətləri ilə fərqləniblər. Onlardan Dəmirli Hüseyn Zeynal oğlu, Novruzov Fərahim Nadir oğlu və Məmmədov Murad Vaqif oğlu qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıblar. Ali Baş Komandanımızın da dəfələrlə dediyi kimi, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi. Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamil Qurbanlı, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Biləsuvar rayon şöbəsinin sədri Bəhruz Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəis müavini Ramiq Soltanov, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov çıxışlarında gənclərimizdə vətənpərvərlik ruhunun Aprel döyüşlərində qazanılmış qələbədən sonra daha da yüksəldiyini və hər an Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını vurğulayıblar. Tədbirin sonunda “Aprel şəhidləri tariximizin şanlı səhifəsidir” adlı videoçarx nümayiş olunub. Sonra tədbir iştirakçıları şəhid qəhrəmanlarımızın məzarlarını ziyarət ediblər.




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Azərbaycanda münaqişəli ailələrin sayı artır
19.02.2019
Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş direktoru Şimal bölgəsinə səfər edib
19.02.2019
“EcoArt” layihəsi başa çatıb
19.02.2019
Peşə hazırlığı kurslarının Almaniya təcrübəsinə uyğun təşkili məsələləri müzakirə olunub
19.02.2019
Şəhidlik ölməzlikdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info