“Seçkilər gənclərimiz üçün həmrəylik prosesidir”
Tarix: 06.04.2018 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Azərbaycanda keçirilən seçkilərdə gənclər sektorundakı QHT-lər də aktivlik nümayiş etdirirlər. Xüsusən, seçki ərəfəsində vətəndaş cəmiyyəti nümayəndələri gənclər arasında maarifləndirici tədbirlər keçirirlər. Gənclərin Həmrəyliyi İctimai Birliyi də bu baxımdan aktiv QHT-lərdəndir. Gənclərin Həmrəyliyi İctimai Birliyinin sədr müavini Zülfiyyə Nuriyeva qəzetimizə müsahibəsində gənclərin seçki fəallığı haqqında danışdı. Xatırladaq ki, Gənclərin Həmrəyliyi İctimai Birliyi tərəfindən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, həmçinin Prezident yanında Gənclər Fondunun dəstəyi ilə gənclərin seçkilərdə aktivliyi mövzusunda layihələr həyata keçirilib.
-Gənclərin demokratik düşüncəsinin inkişafında seçkilərin nə kimi rolu var?
-Azərbaycan gəncliyi bu gün demokratik, müstəqil bir cəmiyyətdə, azad fikirli və seçib-seçilmək hüququna malik olduğunu bilir. Gənclər bu hüquqdan cəmiyyətin və ölkəmizin, şəxsən öz gələcək həyat fəaliyyətlərinin təminatı naminə yararlanırlar. Azərbaycan gəncləri ölkəmizdə seçkiyə qatılmaq, seçki dönəmində daha aktiv olmaq, dövlətimizin uğuru üçün öz səslərinin əhəmiyyətini dərk edərək, seçkidə aktiv iştirak etməyin mütləq olduğunu bilirlər.
-Ölkəmizdə keçirilən seçkilər zamanı gənclər nə kimi həmrəylik göstərməlidirlər?
-Ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edən seçki, xüsusilə prezident seçkiləri gənclərimiz üçün həm də bir həmrəylik prosesidir. Gənclər üçün Azərbaycanda və Azərbaycan sərhədlərindən kənarda yaradılan şərait, bu gün ölkəmizin gənclərinə hər zaman dövlət tərəfindən göstərilən qayğının təzahürüdür. Bu günün gəncliyi seçki hüququndan aktiv şəkildə istifadə etməli və bu kampaniyada bütün gənclərə qarşı həmrəylik göstərməlidirlər. Prezident seçkilərinin nəticələri Azərbaycanın gələcəyinin təminatı deməkdir. Gənclik cəmiyyətin fəal ictimai qüvvəsidir.
-Gənclər seçkiöncəsi nə dərəcədə fəallıq göstərirlər?
- Ulu öndər Heydər Əliyevin başlatdığı gənclər siyasəti bu gün uğurla davam etdirilir. Hazırda Azərbaycan gəncliyinə yaradılan imkan və qayğının nəticəsidir ki, seçki ərəfəsində gənclərimiz çox böyük aktivlik nümayiş etdirirlər. Bu seçki gənclər və Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. Gənclərimiz bu gün çox aktivdirlər. Bu isə Azərbaycan gəncinin öz seçki hüququndan daha aktiv istifadə edəcəyinə sübutdur.
-Siz QHT olaraq gənclər arasında prezident seçkiləri ilə bağlı hansı işlər görürsünüz?
-Bizim bu istiqamətdə bir neçə layihəmiz olub. Bu gün də gənclər təşkilatı olaraq, təbii ki, gənclər arasında maarifləndirici təbliğatımız davam edir. Xüsusən, sosial şəbəkələrdə bu işi daha aktiv edirik. Azərbaycanın müstəqillik əldə etdiyi gündən bu günə qədər imza atdığı bütün uğurlar haqqında məlumat veririk. Bu uğurların gənclərin gələcək həyatlarını daha yüksək standartlarda yaşaması, təhsil və inkişaf etmələri üçün olduğunu bildiririk. Azərbaycan dövlətinin güvəndiyi bu günün, sabahın gəncliyidir. Azərbaycan gəncliyi hər zaman öz dövlətinə inanıb.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info