Vyetnamda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd edilib
Tarix: 06.04.2018 | Saat: 15:01:00 | E-mail | Çapa göndər


Vyetnamım Xo Şi Min şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub.
Azərbaycanın Vyetnamdakı səfirliyindən bildiriblər ki, tədbirdə Vyetnam Kommunist partiyasının rəsmiləri, dövlət və qeyri-dövlət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri, Azərbaycan ali təhsil ocaqlarının vyetnamlı məzunları, Xo Şi Min şəhərindəki universitetlərin rəhbər şəxsləri iştirak ediblər.
Səfir Anar İmanov 1991-ci ildə müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının 1918-1920-ci illərdə 23 ay ərzində mövcud olan və müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirib.
Diplomat Azərbaycan tarixinin parlaq səhifəsi olan Xalq Cümhuriyyətinin xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olduğunu deyib.
Tədbirdə gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, o cümlədən iqtisadiyyat, mədəniyyət, təhsil, hərb və sair sahələrdə həyata keçirdiyi işlər haqqında dolğun məlumat verilib.
Vyetnam ictimaiyyətinin nümayəndələri ölkələrimiz arasında tarixi əlaqələrdən bəhs edərək, müasir dövrdə ikitərəfli əməkdaşlığımızın sürətlə inkişaf etdiyini bildiriblər.
Tədbir zamanı nümayiş etdirilən “Əbədi ezamiyyət” filmi böyük maraqla qarşılanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info