Bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Tarix: 06.04.2018 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Builki Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq işlərinin görülməsi ilə əlaqədar olaraq trekin bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, aprelin 6-dan 7-ə keçən gecə Azneft dairəsində tribunanın tikintisi ilə əlaqədar olaraq kiçik radiuslu dairə quraşdırılacaq və həmçinin burada hərəkət hissəsi əvvəlki vəziyyəti ilə müqayisədə nisbətən daraldılacaq.
Aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar olaraq aprelin 7-dən 8-ə keçən gecə Üzeyir Hacıbəyov küçəsinin Puşkin küçəsi ilə Azadlıq prospektinin arasında olan hissəsində hərəkət zolaqlarının sayı azaldılacaq.
Həmçinin görülən hazırlıq işləri səbəbindən aprelin 9-u gecə saatlarından etibarən Səməd Vurğun küçəsinin Zərifə Əliyeva küçəsi ilə Neftçilər prospekti arasında olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
Bundan başqa, aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar olaraq aprelin 11-dən 12-nə keçən gecə Neftçilər prospektinin Dəniz vağzalının qarşısına düşən hissəsində yolun hərəkət hissəsi daraldılacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yarışa hazırlıqla əlaqədar görülən işlər nəticəsində yaranan müvəqqəti çətinliyə görə üzr istəyir və yarışın yüksək səviyyədə təşkil olunmasında göstərilən dəstəyə görə şəhər sakinlərinə dərin minnətdarlığını bildirir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək
18.01.2019
Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib
18.01.2019
“Bakı” əməliyyatı
18.01.2019
Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır
18.01.2019
OPEC-in Bakıdakı iclaslarının vaxtı dəqiqləşib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info